SON XƏBƏRLƏR

Azərbaycanlılarla ermənilər arasında silahlı toqquşma_Moskvada baş verən hadisədə ölən və yaralananlar olub

2021.10.20, 07:36
Azərbaycanlılarla ermənilər arasında silahlı toqquşma_Moskvada baş verən hadisədə ölən və yaralananlar olub

Gunaz.tv
Azərbaycanlılarla ermənilər arasında silahlı toqquşma Moskvada baş verən hadisədə ölən və yaralananlar olub Moskvanın "Çerkizovskaya" bazarı yaxınlığında azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, insidentə səbəb ermənilərin azərbaycanlılara məxsus "Saxara" kafesinə sahib çıxmaq istəyi olub. Ermənilər kifayət qədər gəlir gətirən kafeni zorla soydaşlarımızdan almaq istəsələr də, azərbaycanlılar buna razı olmayıblar. Moskva Şəhər Daxili İşlər İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, münaqişənin əsl səbəbkarını müəyyənləşdirmək mümkün olmayıb. Davada konkret nə qədər şəxsin iştirak etdiyi də bilinmir, hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin iştirakçılarından heç kimi həbs edə bilməyiblər. Dava zamanı iştirakçılardan biri silahdan atəş açaraq bir nəfəri öldürüb, iki nəfəri isə yaralayıb. Ölən şəxsin üzərində sənədləri olmadığından onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar