SON XƏBƏRLƏR

AZƏRBAYCANLILARLA ERMƏNİLƏR MOSKVADA VAHİD QURUMDA BİRLƏŞDİ.Qafqazlılar “dazbaşlar”dan qorunmaq üçün birgə qruplar yaradıb

2021.10.20, 07:36
AZƏRBAYCANLILARLA ERMƏNİLƏR MOSKVADA VAHİD QURUMDA BİRLƏŞDİ.Qafqazlılar “dazbaşlar”dan qorunmaq üçün birgə qruplar yaradıb

Gunaz.tv
AZƏRBAYCANLILARLA ERMƏNİLƏR MOSKVADA VAHİD QURUMDA BİRLƏŞDİ Qafqazlılar “dazbaşlar”dan qorunmaq üçün birgə qruplar yaradıb 401.jpg Xəbər verdiyimiz kimi, iyunun 2-də Moskvada rus gənclərlə bir qrup qafqazlı arasında qanlı qarşıdurma baş vermişdi. Rusiya paytaxtının Marino rayonunda düşmüş davada 5 nəfər bıçaq və güllə yarası almışdı. Həmin vaxt yerli hüquq-mühafizə orqanları davanın xırda mübahisə zəminində baş verdiyini bildirmişdi. Amma indi həmin davanın yeni təfərrüatları üzə çıxıb. “Media forum”un “Komsomolskaya pravda” qəzetinə istinadən yaydığı xəbərə görə, sən demə, həmin davada əvvəllər deyildiyi kimi, 15-20 yox, 200-dən çox adam iştirak edib. “Komsomolskaya pravda”nın yazdığına görə, ruslarla davada Azərbaycan və Ermənistan vətəndaşları bir yerdə vuruşub. Sitat: “Marinoda ev kirayəsi çox ucuz olduğundan burada qafqazlılar, özəlliklə azərbaycanlılar çoxdur. Hadisədən bir neçə gün əvvəl Qafqaz Xalqlarının Rusiya Konqresi bu bölgədən olanların hüquqlarını qorumaq üçün operativ qərargah yaradıb. Bu qərargahın tərkibində isə qafqazlıları Moskva milisindən və skinhedlərdən qorumaq məqsədilə xüsusi birləşmələr yaradılıb”. Qəzetin yazdığına görə, birləşmələrin tərkibində 1000 nəfərə qədər fəal yığışıb. Onlar isə öz növbəsində 25-30 nəfərlik dəstələrə bölünüb. “Çox maraqlıdır ki, vətənlərində bir-birinə düşmən olan azərbaycanlılarla ermənilər Moskvada bir yerdədir”- deyə qəzet yazır. Yazıda o da bildirilir ki, skinhedlərdən qorunmaq üçün yaradılmış bu qruplar çox çevikdir. Onlar dazbaşların hücumu və ya hər hansı kiçik bir insident barədə xəbər tutan kimi qısa vaxt ərzində bir yerə yığışa bilirlər. Elə iyunun 2-də olduğu kimi... SƏBUHİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar