SON XƏBƏRLƏR

Azərşəhrin bələdiyyə başçısı saxlanılıb

2021.10.20, 07:36
Azərşəhrin bələdiyyə başçısı saxlanılıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın Azərşəhr (Tufarqan) şəhərinin bələdiyyə başçısı fırıldaqçılıq və yeyinti ittihamı ilə saxlanılıb.

 

İran mətbuatının yaydığı məlumata görə, Məhəmmədrza İmani daha bir Azərşəhr sakini ilə birlikdə noyabrın 25-də tutulub.

 

Bildirilir ki, bələdiyə başçısı “başqalarının əmlakını mənimsəmək məqsədi ilə fırıldaqçılıq etmək”də şübhəli bilinir.

 

Fırıldaqçılıq işində Azərşəhr Şəhər Şurasının iki üzvünün də əli olduğu bildirilir.

 

Azərşəhr Şəhər İcra Hakimiyyətinin başçısı Yədulla Allahyari xəbəri təsdiq edərək bildirib ki, dosye ilə bağlı əlavə məlumat almaq istəyənlər Ədliyyə İdarəsinə müraciət etməlidir.

 

Qeyd edək ki, İranda bələdiyyə başçısı Şəhər Şurası tərəfindən təyin olunur, bu iki orqan bir-biri ilə əlaqədar şəkildə fəaliyyət göstərir. Həmin orqanlarda yeyinti, rüşvətxorluq və fırıldaqçılıq faktlarına Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad, Həmədan, eləcə də İranın bir çox şəhərində dəfələrlə rast gəlinib.
“Beynəlxalq Şəffaflıq” Təşkilatının 2018-ci ildə açıqladığı hesabata əsasən İran dünya üzrə korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasındadır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar