SON XƏBƏRLƏR

Kazerun şəhərində qaz sızmasından güclü partlayış baş verib: Xəsarət alanlar var

2022.01.05, 13:05
Kazerun şəhərində qaz sızmasından güclü partlayış baş verib: Xəsarət alanlar var

Gunaz.tv

Yayılan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Bildirilir ki, pratlayış nəticəsində 7 nəfər yüngül və ağır dərəcəli yanıq xəsarətləri alıb.

Qeyd edilir ki, xəsarət alanlardan 4-ü Kazerin xəstəxanasına yerləşdirilsə də, vəziyyəti ağır olan 3 nəfər hadisə yerinə gələn helikopterlə Şiraz şəhərinin xəstəxanasına köçürülüb.

Kazerun Yanğınsöndürmə Təşkilatının rəisi Hamid Fişəngiyan baş vermiş olayla bağlı mediaya açıqlamasında deyib ki, partlayış nəticəsində yaşayış binasındakı evlərdən biri dağılıb, 4-ünə isə ağır ziyan dəyib.

O, hazırda hadisənin səbəblərinin araşdırıldığını bildirib.  

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar