"Azərxalça": "Rusiyaya gətirdiyimiz 71 xalçanı geri qaytarmaq istəmirik"

2021-09-14 17:33

"Biz Moskvada keçirilən “Heimtextil Russia 2021” sərgisində iştirak etdiyimiz üçün çpx şadıq, çünki, bu, beynəlxalq sərgidir və burada yalnız Rusiya vətəndaşlarını deyil, xarici qonaqları da artıq görürük".

Gunaz.tv Quote | Gunaz article

Bunu sərginin açılışında "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov deyib.

"Bu gün sərgidə 71 xalça ilə iştirak edirik və məhz Qarabağ xalçalarına üstünlük vermişik. Ali rəhbərliyin keçən ilin sonunda bizə gözəl hədiyyəsi oldu - torpaqlarımız işğaldan azad edildi.

Ona görə də biz buraya daha çox Qarabağ xalçası gətirdik, qonaqları və müştəriləri Qarabağ xalçaları ilə tanış etmək istədik. Sözsüz ki, başqa xalça məktəblərinin də nümunələri var", - deyə o, qeyd edib.

E.Məmmədov rəhbərlik etdiyi qurumun tətbiq etdiyi yeniliklər barədə də danışıb: "Hər xalçamızın arxasında QR-kod var. Telefonu yaxınlaşdırdıqda xalçanın adını, neçənci ildə, hansı emalatxanamızda toxunduğunu və s. məlumatları göstərir. Bu bizim mədəni irsimiz, tariximizdir. Azərbaycan xalçaları Beynəlxalq muzeylardə nümayiş etdirilir, bütün xarici hərraclara çıxarılılır. 

Bəzən onun hansı ildə, harada toxunulması barədə problemlər yaranır. Yeni etiketaj isə bu növ problemləri aradan qaldılacaq. Bu pasport göstərəcək ki, xalçanı məhz Azərbaycan qadınları, Azərbaycan torpağında toxuyub".

Sərginin Azərbaycan xalçasının Rusiyada tanıdılmasında oynayacağı rola gəlincə isə, sədr bildirib ki, son 5 ildə Azərbaycan Rusiyaya xalça ixrac etməyib: "Bu gün bütün xalça məktəblərindən nümayiş üçün gətirmişik.

Maraq artıq var. Ümidvarıq ki, daha çox qonaq bizim stendə gələcər. Bura gəlməzdən əvvəl Rusiyanın gömrük komitəsindən son 5 ilin statistikasını əldə etdik və əslində çox narahat olduq. 

Çünki son 5 ildə Rusiyaya Azərbaycan xalçasının ixracı olmayıb. Və bizim fikrimiz odur ki, bu 71 xalça artıq Azərbaycana qayıtmasin. Biz ticarət mərkəzləri, interyer dizaynerləri, memarlar ilə görüşlər təyin etmişik. Yaxın 3 gün ərzində çoxlu görüşlərimiz olacaq.

Ümidvarıq ki, memarlar və dizaynerlər interyerlərdə məhz Azərbaycan xalçalarından istifadə edəcəklər və bizim xalçalar Rusiyanın müxtəlif şəhərlərində öz yerlərini tapacaqlar". (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18