SON XƏBƏRLƏR

Nazir: "Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiyaya başlanılmasının tərəfdarıdır"

2022.01.19, 22:08
Nazir: "Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiyaya başlanılmasının tərəfdarıdır"

Gunaz.tv

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşündə deyib.

Nazir Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının iki dövlət arasında münasibətlərin normallaşmasının mühüm elementi kimi nəzərdən keçirildiyini və Azərbaycanın bu prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu bildirib.

Təəssüflə qeyd olunub ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar