SON XƏBƏRLƏR

Kürdüstanın Banə şəhərində əməliyyat: ETTELAAT 20 kürd fəalı həbs edib

2021.11.12, 13:06
Kürdüstanın Banə şəhərində əməliyyat: ETTELAAT 20 kürd fəalı həbs edib

Gunaz.tv

Bu barədə İranın Kürdüstan əyalətindəki mənbələri məlumat yayıb.

Yerli kürd mənbələrinin yaydığı məlumatında deyilir ki, Qızıl Aypara Cəmiyyətinin maşınlarında bölgəyə gələn, Banədə və onun ətrafındakı Nəcnə, Çuman, Kupiç və Nəmşir kəndlərində geniş əməliyyat keçirən ETTELAAT qüvvələri ən azı 20 kürdü həbs edib.

“ETTELAAT-ın mülki geyimli əməkdaşları axtardıqları və təqib etdikləri bəzi kürdlər fəalları tutmaq üçün pilotsuz uçuş aparatlarından istifadə ediblər.

Həbs edilən kürdlərin evlərində axtarış aparılıb, onlara məxsus noutbuklar, mobil telefonlar, foto kameralar, kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Həbs edilənlər naməlum istiqamətə aparılıb”, -deyə İranın Kürdüstan əyalətindəki yerli kürd mənbələrinin yaydığı məlumatda bildirilir.

Yerli kürd mənbələrinin bildirdiyinə görə, cari ilin aprel ayından indiyə qədər Kürdüstan əyalətində 247 kürd müxtəlif ittihamlara görə həbs edilib və onlardan 37-si həbsə məhkum edildiyi halda 136 nəfəri edam edilib. 

Qeyd edilir ki, həbs edilən və ya dara çəkilən kürdlərin əksəriyyəti müxalif yaraqlı kürd partiyaları ilə əməkdaşlıqda, sistemə qarşı çıxmaqda və ictimai rəyi hakimiyyətin əleyhinə təhrik etməkdə günahlandırılıb. 

İranın İraqla sərhəd bölgəsində yerləşən Banə şəhəri, Sənndəc və Saqqız şəhərlərindən sonra Kürdüstan əyalətinin üçüncü böyük şəhəridir. 

Həbs edilən kürdlərin konkret nədə günahlandırıldığı və onların hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb. 

دستگیری 10 نفر از مرتبطین سرویس‌های اطلاعاتی برخی کشورهای منطقه توسط وزارت  اطلاعات | خبرگزاری فارس

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar