SON XƏBƏRLƏR

Əbülfəz Zöhrəvənddən Azərbaycana qarşı çağırış: “İran Ermənistan ərazisinə girməlidir”-VİDEO

2022.09.19, 07:57
Əbülfəz Zöhrəvənddən Azərbaycana qarşı çağırış: “İran Ermənistan ərazisinə girməlidir”-VİDEO

Gunaz.tv

İranın “Tahririe” saytına müsahibə verən Əbülfəz Zöhrevənd Ermənistan-Azərbaycan qarşıdurması və Zəngəzur dəhlizi ilə bağlı qərəzli fikirlər səsləndirib. Diplomat Azərbaycanı “Bakı Respublikası” adlandırıb.

“İki ölkə prezidentlərinin görüşündən bir neçə həftə sonra Ermənistanla “Bakı rejimi” arasında hərbi qarşıdurmanın yeni mərhələsinin başlanması ermənilərlə Bakı arasındakı fikir ayrılığının nə qədər dərin olduğunu və bu münaqişənin həllinə ehtiyac duyulduğunu göstərir. 

Burada İranın məsələyə güclü müdaxiləsi qaçınmazdır”-deyə, o bildirib.

İran hökumətinin məsələ ilə bağlı daha sərt mövqe göstərməli olduğunu deyən Zöhrəvənd, bunun baş verməyəcəyi təqdirdə başqa ölkələrin problemin taleyini həll etmək üçün ortaya çıxacaqlarını söyləyib.

“Təəssüflər olsun ki, indiyədək İran hakimiyyəti bu məsələyə təsirli reaksiya verməyib və belə bir vacib məsələni bir növ izləməklə kifayətlənirlər.

Amerika və regional rejimlər bu münaqişənin taleyini öz məqsədlərinə uyğun irəli aparmağa çox çalışırlar”,-deyə o qeyd edib.

Qeyd edək ki, Əbülfəz Zöhrəvənd beynəlxalq məsələlər üzrə ekspert, İranın nüvə danışıqları heyətinin keçmiş üzvü və bu ölkənin İtaliyadakı keçmiş səfiridir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar