SON XƏBƏRLƏR

BMT baş katibi İraqa səfər edib

2023.03.01, 13:23
BMT baş katibi İraqa səfər edib

Gunaz.tv

BMT baş katibi Antonio Quterreş 6 il aradan sonra ilk dəfə İraqa səfər edib.

Bu barədə Türkiyənin “َAnadolu” xəbər agentliyi məlumat yayıb.

O, Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. 

Quterreş, görüşdən sonra jurnalistlərə açıqlamasında iraqlıların siyasi və təhlükəsizlik baxımından bütün çətinlikləri aşacaqlarını vurğulayıb.

"BMT ilə əlaqələrimiz güclüdür. Bizim daxili məsələlərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Baş katibi ilə regional və beynəlxalq hadisələri də müzakirə etmək imkanımız olacaq",- İraqın xarici işlər naziri BMT-nin baş katibi ilə görüşü barədə verdiyi açıqlamada bildirib.

A.Quterreşin İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani və hökumətin başqa üzvləri ilə görüşləri də nəzərdə tutulub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar