SON XƏBƏRLƏR

Ba­kı-Qars avia­rey­si Tür­ki­yə­də də se­vinc­lə qar­şı­la­nıb

2021.10.20, 07:36
Ba­kı-Qars avia­rey­si Tür­ki­yə­də də se­vinc­lə qar­şı­la­nıb

Gunaz.tv
Ba­kı-Qars avia­rey­si Tür­ki­yə­də də se­vinc­lə qar­şı­la­nıb 11220708.jpg Ba­kı-Qars avia­rey­si Tür­ki­yə­də də se­vinc­lə qar­şı­la­nıb Hə­sən Zey­na­lov: "Rey­sin açıl­ma­sı bir da­ha Azər­bay­can­la Tür­ki­yə­nin qar­daş öl­kə ol­ma­sın­dan xə­bər ve­rir" İyu­lun 21-də Ba­kı-Qars-Ba­kı marş­ru­tu ilə ilk avia­rey­sin Qars­da tən­tə­nə­li qar­şı­lan­ma mə­ra­si­mi ke­çi­ri­lib. Bu ba­rə­də mə­lu­ma­tı "OLAY­LAR"a Azər­bay­ca­nın Qars­da­kı Baş kon­su­lu Hə­sən Zey­na­lov ve­rib. Onun söz­lə­ri­nə gö­rə, ilk sər­ni­şin avia­rey­si­ni "Tu­ran Air" avia­şir­kə­ti hə­ya­ta ke­çi­rib. Avia­reys­lə Qar­sa ge­dən sər­ni­şin­lər ara­sın­da xa­ri­ci iş­lər na­zi­ri­nin müa­vi­ni Va­qif Sa­dı­xov, Azər­bay­can Mil­li Məc­li­si­nin üzv­lə­ri, öl­kə­nin apa­rı­cı me­dia qu­rum­la­rı­nın rəh­bər­lə­ri və di­gər qo­naq­lar olub. Hə­sən Zey­na­lov bil­di­rib ki, Ba­kı-Qars avia­rey­si­nin fəa­liy­yə­tə baş­lan­ma­sı Azər­bay­can­la ya­na­şı Tür­ki­yə­də də yük­sək se­vinc­lə qar­şı­la­nıb: "Qars­da ha­mı bay­ram edir. Bu bir ta­ri­xi ha­di­sə­dir. Rey­sin açıl­ma­sı bir da­ha Azər­bay­can­la Tür­ki­yə­nin qar­daş öl­kə ol­ma­sın­dan xə­bər ve­rir. Bü­tün Tür­ki­yə­də, əsa­sən də Qars­da bay­ram əh­val-ru­hiy­yə­si­dir. Təy­ya­rə rey­si­nin fəa­liy­yə­tə baş­la­ma­sı Azər­bay­can­la Tür­ki­yə­nin əla­qə­lə­ri­nin möh­kəm­lən­mə­si­nə bö­yük önəm ve­rir, bu əla­qə­lə­ri, dost­lu­ğu da­ha da möh­kəm­lən­di­rir. Hə­lə 2002-ci il­də ümum­mil­li li­der Hey­dər Əli­yev Qars­da olar­kən Azər­bay­can­la əla­qə­lə­rin da­ha da yax­şı­laş­ma­sı üçün Qars­da Baş kon­sul­lu­ğun və bir­ba­şa təy­ya­rə rey­si­nin açıl­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­mış­dı. 2004-cü il­də Baş kon­sul­luq açıl­dı, in­di də təy­ya­rə rey­si. Bu gün mən çox şa­dam ki, pre­zi­dent İl­ham Əli­ye­vin xü­su­si tap­şı­rı­ğı ilə Ba­kı-Qars avia­rey­si fəa­liy­yə­tə baş­la­yıb. İlk reys­lə 50-yə ya­xın azər­bay­can­lı nü­ma­yən­də he­yə­ti Qar­sa gəl­di ki, hə­min nü­ma­yən­də he­yə­ti döv­lət mə­mur­la­rı, mil­lət və­kil­lə­ri və KİV rəh­bər­lə­rin­dən iba­rət idi. Avia­rey­sin yük­sək sə­viy­yə­də açı­lış tö­rə­ni ol­du. Nü­ma­yən­də he­yə­ti­ni Qar­sın bü­tün pro­to­ko­lu, va­li­si, si­ya­si par­ti­ya­la­rın nü­ma­yən­də­lə­ri qar­şı­la­dı. Azər­bay­can­lı nü­ma­yən­də he­yə­ti həm­çi­nin va­li ilə də gö­rüş­dü. Azər­bay­can­dan gə­lən qo­naq­lar di­gər gö­rüş­lər də ke­çir­di­lər. Bir söz­lə, Azər­bay­can­dan bir­ba­şa təy­ya­rə rey­si­nin açıl­ma­sı və Qar­sa ilk reys­lə azər­bay­can­lı nü­ma­yən­də he­yə­ti­nin gəl­mə­si Qar­sı və ət­raf ya­şa­yış mən­tə­qə­lə­rin­də ya­şa­yan­la­rı həd­din­dən ar­tıq se­vin­di­rib". sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar