SON XƏBƏRLƏR

XİN başçısının müavini: "Ermənistan siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirməlidir"

2021.10.20, 07:36
XİN başçısının müavini: "Ermənistan siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirməlidir"

Gunaz.tv

Bunu Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirlərinin 6-cı görüşündə çıxışı zamanı bildirib.

O, həmin ərazilərin yaşıl enerji bölgəsi elan edildiyini, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdırıb, bu proseslərə bir çox AQEM üzv-dövlətindən özəl sektor nümayəndələrinin cəlb edilməsinin təşkilata üzv-dövlətlər arasında əməkdaşlığın yeni bir nümunəsi kimi əhəmiyyəti vurğulayıb.

Nazir müavini Zəngəzur dəhlizinin münaqişədən sonrakı normallaşma prosesi, regional sülh və etimadın möhkəmlənməsi ilə eyni zamanda, şimal-cənub və şərq-qərb istiqamətlərində ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi böyük potensiala malik olduğu diqqətə çatdırıb.

M.Məmməd-Quliyev çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalar və digər partlayıcılarla kütləvi çirkləndirilməsi, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bütün mina ərazilərinin xəritələrini tam dəqiqliklə Azərbaycana təhvil verməkdən boyun qaçırmasının fəsadları barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın Ermənistanla münasibətləri bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında normallaşdırmaq, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası barəsində təklifləri xatırladılaraq, bu təkliflərin reallaşması üçün Ermənistan tərəfindən siyasi iradə və konstruktiv yanaşmanın nümayiş etdirilməsinin zəruri olduğu vurğulanıb. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar