SON XƏBƏRLƏR

“Babək qalası”nda polis nəzarəti gücləndirilib – VİDEO

2021.10.20, 07:36
“Babək qalası”nda polis nəzarəti gücləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, “Babək qalası” yürüşünün ildönümü günlərində Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəallar təhlükəsizlik orqanları tərəfindən təhdid edilərək idarəyə çağırılıb, onlara yürüşə qatılmasınlar deyə xəbərdarlıq edilib.

 

Məlumata görə, fəallara qarşı təzyiqlər 10 gün əvvəldən başlayıb, iyulun 5-də isə “Babək qalası” və ətraf ərazilərdə polis nəzarəti gözəçarpan dərəcədə artıb.

 

“Babək qalası”nın yerləşdiyi Kəleybər şəhərinə bağlanan bütün yollar polis və digər təhlükəsizlik qüvvələri tərəfindən bağlanılıb, bütün avtomobillər yoxlanıldıqdan sonra şəhərə buraxılır.

 

“Babək qalası”na yaxın ərazilərə polis əməkdaşlarından başqa “Sepah”çılar, Ettelaat əməkdaşları, Bəsic qüvvələri və mülki geyimli məmurlar da yerləşdirilib. Onlar İran və dini ayinlərə aid bayraqlar nümayiş etdirərək qorxulu atmosfer yaratmağa çalışıblar.

 

Təhlükəsizlik qüvvələri ərazidəki insanlar və milli fəalları kameraya çəkib, onlara toplaşma icazəsi vermədən ərazidən uzaqlaşdırıblar.

 

https://www.youtube.com/watch?time_continue=4&v=x8opRJTAfMs

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar