SON XƏBƏRLƏR

Babək qalası yürüşü ərəfəsində tutulan 44 azərbaycanlı milli-mədəni fəalın Siyahısı

2021.10.20, 07:36
Babək qalası yürüşü ərəfəsində tutulan 44 azərbaycanlı milli-mədəni fəalın Siyahısı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində Babək qalası yürüşü ərəfəsində bu günə qədər kimliyi məlum olan 44 azərbaycanlı milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

22 fəala isə yürüşə qatılmasın deyə Ettelaat və digər təhlükəsizlik orqanları tərəfindən ciddi xəbərdarlıq edilib, onlar da hər an saxlanıla bilər.

 

Hələlik saxlanılan fəallardan yalnız 14-nün kimliyi müəyyənləşib, qalan fəalların harada saxlandığı məlum deyil.

 

Tuqulamalar əsasən iyulun 2-dən başlayıb.

 

İyulun 5-i gecə saatlarına qədər saxlanılan fəalların siyahısı:

 

 

Aşağıda adları qeyd olunan fəallar müxtəlif şəhərlərdə yaşayır, onlara Babək qalası yürüşünə qatılmasınlar deyə təhlükəsizlik qüvvələri tərəfindən ciddi xəbərdarlıq edilib:

Ulduz Qasimi, Əşkan Səadətpur, Məcid Nağızadə, Muxtar İbrahimi, Mehdi Əjdəri, Rəhim Novruzi, Əli Səlimi Tikmədaş, Məhərrəm Kamrani, Saleh Molla Abbasi, Əkbər Əbulzadə, Nima Abbaspur, Mehdi Zəncirbulaği, Fərdin Muradpur, Ramin Cəbraili, Siyamək Kuşi, Əbülfəzl Cani, Nasir Əli Muradi, Yunis Zareyun, Rəşid Daneşcuyi, Səccad Budaqi, Əli Lisani VƏ Mehdi Lisani.

 

Qeyd edək ki, Babək qalası yürüşünün iyulun 5-i və 6-da keçirilməsinə qərar verilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar