SON XƏBƏRLƏR

Babək qalasına gedən fəallardan daha 8-nin saxlandığı bildirilir

2021.10.20, 07:36
Babək qalasına gedən fəallardan daha 8-nin saxlandığı bildirilir

Gunaz.tv

GünAz TV: Son günlərdə Güney Azərbaycanda çox sayda milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Babək qalası yürüşünə qatılmaq istəyən daha 8 fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığı bildirilir.

 

Son məlumata görə, Süleyman Kazimi, Möhsün İsməili və Əbülfəzl Kəraməti iyulun 6-ı Kəleybər şəhərində Babək qalası yolunda yaxalanıb, onların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

 

 

Başqa bir xəbərə görə, İrəc Şirzad və Mehdi Dustdar adlı daha 2 fəal Babək qalasında saxlanılıb. Onların yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən təhqir edilərək döyüldüyü qeyd olunur. Fəalların harada saxlandığı hələlik bəlli deyil.

 

 

Təbrizli fəallar Milad Əkbəri, Sədulla Sasani və Məhəmməd Mərdi isə cümə günü Babək qalası ətrafında saxlanılaraq naməlum istiqamətə aparılıb. Hər üç fəal Azərbaycan türk millətinin demokratik və milli hüquqlarının təmini uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

 

Son tutuqlamalardan sonra babək qalası yürüşü ilə əlaqədar saxlanılan azərbaycanlı fəalların sayı 60-ı çatıb.

 

Kütləvi yürüş iyulun 5-i və 6-da Kəleybər şəhərində yerləşən tarixi Babək qalasında (Bəzz qalası) keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar