SON XƏBƏRLƏR

Abadanda etiraz aksiyaları keçirilir-VİDEO

2022.05.23, 14:28
Abadanda etiraz aksiyaları keçirilir-VİDEO

Gunaz.tv

Xuzistan əyalətinin Abadan şəhərində onlarla insanın ölüb və yaralanmasına səbəb olan 10 qatlı binanın çökməsindən sonra qəzəbli vətəndaşlar etiraz aksiyaları keçirməyə başlayıblar.

Çökən bina yaxınlığında aksiya keçirən narazılar “bu gün yas günüdür, yiyəsiz Abadan yaslıdır” şüarları səsləndirib və rəsmilərin məsuliyyətsizliyinə etirazlarını bildiriblər.

Narazılar binanın tikintisinə icazə verən Abadan bələdiyyə başçısını döyüb və hadisə yerindən uzaqlaşdırıblar.

Tanınmış xuzistanlı jurnalist və media fəalı Səid Hafizi hal-hazırda tibbi heyət və xilas edicilərə ehtiyac olmağına baxmayaraq, etirazların geniılənməsi qorxusundan əyalətin mərkəzi və başqa bölgələrindən xüsusi dəstə və çevik polis alaylarının Abadana gətirilməkdə olduğunu yazıb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar