SON XƏBƏRLƏR

Abadanda etirazçılar hökumətə bağlı iş adamının evini yandırıblar

2022.06.01, 05:29
Abadanda etirazçılar hökumətə bağlı iş adamının evini yandırıblar

Gunaz.tv

İran rəsmiləri və məhkəmə nümayəndələri Hüseyn Əbdülbaqinin bina çökən zaman orda olduğunu və həlak olduğunu iddia edirlər.

Ancaq bir sıra yerli qaynaqlar və hadisə şahidləri Əbdülbaqinin orada olmadığını, onun sənədlərinin dağıntılar altında qalan cəsədin cibinə qoyulduğunu və iş adamının ölkədən çıxmasına şərayit yaradıldığını deyirlər. 

Onlar bunu yalan sayır və rejimin səlahiyyətli şəxsləri ilə yaxşı əlaqələri olan Əbdülbaqini bu üsulla gizlətməyə və məsuliyyətdən yaxa qurtarmasına şərait yaratmağa çalışdığını bildirirlər.

Məlumata görə, çökən binanın yiyəsi Hüseyn Əbdülbaqi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin yaxın əlaqələri var.

Şəmxaninin qardaşı oğlu Moud Şəmxani ilə Əbdülbaqinin ortaqlığının üzə çıxması vətəndaşları daha da qəzəbləndirib.

Etirazların genişləndiyindən qorxan hakimiyyətin Abadan şəhərinə yenidən çox sayda təhlükəsizlik gücləri və mitinqləri yatırmaq üçün nəzərdə tutulan texnikaları cəlb etdiyi bildirilir. 

Qeyd edək ki, mayın 23-də yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı ofis binası çöküb.

Yerli qaynaqlar dağıntılar altında qalanların yüzlərlə olduğunu və rəsmiləri qurbanlar barədə dəqiq məlumat vermədiklərini bildirirlər.  

Son  rəsmi məlumatlara görə, 5-i məktəbli olmaqla 36 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar