SON XƏBƏRLƏR

Abadanda Metropol binasının qalan hissəsi də uçub: Yaralananlar var

2022.09.14, 17:02
Abadanda Metropol binasının qalan hissəsi də uçub: Yaralananlar var

Gunaz.tv

Təcili Yardım Mərkəzinin rəsmiləri və medianın məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb və fəhlələr dağıntılar altında qalıb.

Xuzistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Vəhid Şəbani xəsarət alan və dağıntılar altında qalanların sayı barədə dəqiq açıqlama verməyib.

Lakin o, yaralıların artacağını deyib.

Qeyd edək ki, mayın 23-ü yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı  "Metropol" ofis binası çöküb.

Rəsmi məlumatlara görə, uçqun nəticəsində 5-i məktəbli olmaqla 43 nəfər ölüb, 37 nəfər yaralanıb.

May ayından bu günə binanın qalan hissəsinin mərhələli uçurulması SEPAH-a tapışırılsa da, söküntü işləri tamamlanmayıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar