SON XƏBƏRLƏR

Abadanda həbslər davam edir-Daha bir jurnalist saxlanılıb

2022.06.01, 05:12
Abadanda həbslər davam edir-Daha bir jurnalist saxlanılıb

Gunaz.tv

Tanınmış jurnalist və ictimai fəal Arəş Qələgülab çökən 10 qatlı ofis binasından reportaj hazırladığı üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməum yerə aparılıb.

Jurnalistin saxlanılmasını görən şahidlər onun məmurlar tərəfindən ağır şəkildə döyülərək qandallandığını bildiriblər.

Astma və diabet xəstəliklərindən əziyyət çəkən jurnalistin durumu barədə ailəsinin müraciətlərinə cavab verilməyib.

Qeyd edək ki, bundan öncə tanınmış fotojurnalist Yəlda Moiri də çökən binadan fotolar çəkdiyi üçün təhlükəsizlik məmurları tərəfindən oğurlanıb.

Bununla yanaşı başqa bir şair və siyasi fəal Siyavuş İmami də, mayın 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar