SON XƏBƏRLƏR

Abadanda yaşayış binasının çökməsi ilə bağlı çox sayda məmur həbs edilib

2022.05.24, 05:45
Abadanda yaşayış binasının çökməsi ilə bağlı çox sayda məmur həbs edilib

Gunaz.tv

Bu barədə Xuzistan əyalətinin baş prokuroru Sadiq Cəfəri mayın 24-ü mediaya verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, saxlanılan 10 nəfər arasında Abadanın hazırkı bələdiyyə başçısı Hüseyn Həmidpur və iki keçmiş bələdiyyə başçısı da var.

Yerli sosial media fəallarının məlumatına görə, dünən günorta saatlarında abadanlılar hadisə baş verən bölgəyə toplaşaraq etiraz aksiyası keçirib.

Aksiyadan sonra hakimiyyət nümayəndələrinin əhalini sakitləşdirmək üçün məsulların həbsinə başlayıb.

Qeyd edək ki, mayın 23-də yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı bina çöküb.

Mayın 24-ü səhər saatlarında verilən rəsmi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, 32 nəfər yaralanıb və onlarla insan dağıntılar altında qalıb.

Qeyri-rəsmi mənbələr ölənlərin sayının rəsmi rəqəmlərdə göstərilənlərdən daha çox olduğunu, əyalət valisi və təhlükəsizlik idarəsinin ölüm sayının gizlədilməsi,yaralı və xilas edilənlərin sayının açıqlanması ilə bağlı göstəriş verdiklərini yazırlar. 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar