SON XƏBƏRLƏR

Bağdad kimi diyar olmaz Və yaxud 18 il sonra İraqda

2021.10.20, 07:36
Bağdad kimi diyar olmaz Və yaxud 18 il sonra İraqda

Gunaz.tv
Bağdad kimi diyar olmaz Və yaxud 18 il sonra İraqda 18 il sonra İraqa təşrif buyuran ilk Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bağdad görüşləri uğurlu olub. "Zaman" qəzetinin yazdığına görə, danışıqlardan sonra Ərdoğan İraq hökuməti və kürd regionunun rəhbərliyindən PKK ilə mübarizədə dəstək alıb. Ərdoğan səfər zamanı Strateyi Münasibətlər Ali Konseyinin quruluşuna dair sazişə imza atıb. Anlaşmaya uyğun olaraq baş nazirlər ildə bir dəfə, nazirlər və heyətlər isə üç dəfə görüşəcəklər. Danışıqlarda PKK ilə yanaşı, Kərkük məsələsi və iqtisadi münasibətlər də yer alıb. Türk nümayəndə heyətinə qoyulan hörmətdən razı qalan Ərdoğan "Ana kimi yar, Bağdad kimi diyar olmaz" sözlərini işlədib: "Hər birimiz iraqlı qardaşlarımıza İraqın yenidən bərpası işində yardımçı olmalıyıq". Qonşu ölkələri İraqla münasibətləri gücləndirməyə çağıran Ərdoğan buradakı etnik və məzhəb məsələlərinə də eyham vurub: "Ölkənizin gələcəyini birlikdə qurun". Ərdoğanın İraq ziyarətini tarixi adlandıran baş nazir Nuri əl-Maliki bu ziyarətin iki ölkə arasında yeni üfüqlər açacağını qeyd edib. Tərəflər iki ölkə arasında ticarət münasibətlərinin il ərzində 10 milyard dollar olduğunu qeyd edərək, yaxın 3-4 ildə bu rəqəmi 25 milyard dollara çatdırmağa söz veriblər. Nuri əl-Maliki Türkiyənin İraqın yenidənqurulmasında əsas rollardan birini oynayacağına ümidvardır. Qeyd edək ki, Ərdoğanın sonuncu görüşü prezident Cəlal Tələbani ilə olub. İraq prezidenti onun şərəfinə böyük bir ziyafət təşkil edib. Türkiyənin baş naziri dünən ölkəsinə qayıdıb. Onun səfəri ilə eyni vaxtda İraqda çalışan iki türk vətəndaşı terrorçular tərəfindən qətlə yeti kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar