SON XƏBƏRLƏR

Bahalıq səbəbindən Güney Azərbaycan ailələrinin çoxu Çilə gecəsi süfrəsi açmağa çətinlik çəkir

2021.10.20, 07:36
Bahalıq səbəbindən Güney Azərbaycan ailələrinin çoxu Çilə gecəsi süfrəsi açmağa çətinlik çəkir

Gunaz.tv

GünAz TV: Həddən artıq bahalıq fonunda Çilə gecəsini qeyd etmək Güney Azərbaycan ailələri arasında qayğıya çevrilib.

 

Bayram kimi qeyd edilən bu gecənin süfrəsini doldurmaq mövcud qiymətləri nəzərə aldıqda, çox baha başa gəldiyindən, bəzi ailələr süfrəni çox sadə açmağa, digərləri isə ümumiyyətlə bu gecəni adi gecə kimi keçirməyə məcburdurlar.

 

Güney azərbaycanlıların tarixən Çilə gecəsində açdıqları süfrələri müxtəlif çərəzlər və quru meyvələr, şirniyyat və tortlar, şokoladlar, mövsümi meyvələr, nar və qarpız, eləcə də bişmiş balqabaq və dolma və s. bu kimi nemətlər bəzəyib.

 

Gecəni hər zaman türkcə nağıllar, Azərbaycanın milli alətləri ilə ifa edilən mahnılarımız və milli rəqsimiz müşayiət edir.  

 

Lakin bu il ağır iqtisadi vəziyyət və bundan doğan gərginlik səbəbindən Çilə gecəsi ərəfəsində güney azərbaycanlıların əhval-ruhiyyəsi ötən illərə nisbətən o qədər də yüksək deyil. Xüsusilə də, noyabr ayında keçirilmiş etirazlar zamanı yaxınları təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilən ailələr bu gecəni ümumiyyətlə qeyd etməyəcəklər.

 

Etirazlar zamanı həbs edilmiş və hazırda həbsxanada olan azərbaycanlı milli-mədəni fəallar isə şiddətli ruhi və cismi işgəncə altındadırlar.

 

Ölkə bazarlarında od tutub yanan ərzaq qiymətlərinə nəzər saldıqda, Çilə gecəsi süfrəsinin hər bir ailəyə çox baha başa gəldiyini müşahidə etmək olar. Belə ki, hazırda ləbləbi qiymətləri 70- 100 min tümən, şokoladın 1 kilosu minimum 11-30 min tümən, 4-5 kiloluq anbar qarpızı 1500-2500 tümən və yeni qarpız 2500-4000 tümən arasında dəyişir. Növ və keyfiyyətinə görə narın qiyməti 7-11 min tümən arasındadır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar