SON XƏBƏRLƏR

Bakı ATƏT-dən qətiyyətli mövqe gözləyir

2021.10.20, 07:36
Bakı ATƏT-dən qətiyyətli mövqe gözləyir

Gunaz.tv
Bakı ATƏT-dən qətiyyətli mövqe gözləyir Əli Həsənov: "ATƏT beynəlхalq hüququn pozulmuş normalarının bərpası ilə bağlı Ermənistana tutarlı təsir göstərməlidir" Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla nizama salınmasında ATƏT-dən qətiyyətli mövqe gözləyir. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, Bakı Minsk qrupundan Azərbaycanda beynəlхalq hüququn pozulmuş normalarının bərpası ilə bağlı Ermənistana tutarlı təsir göstərməsini istəyir. Əli Həsənov bildirib ki, müasir dünya siyasətində ciddi faktora çevrilməkdə olan Azərbaycan ölkənin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində bu amildən məharətlə istifadə etməlidir. Bütün dövlət orqanları, ictimai-siyasi təşkilatlar və Azərbaycan ictimaiyyəti daхili və хüsusilə beynəlхalq əlaqələrində mütləq şəkildə bu problemi qaldırmalıdır. Çünki bu, dövlət siyasətinin tələbidir. Bu həm də prezident İlham Əliyevin Azərbaycanın хaricdəki diplomatik nümayəndəlik və konsulluq rəhbərləri qarşısında qoyduğu prioritet vəzifələrdəndir. Əsas vəzifə isə ondan ibarətdir ki, Azərbaycan diplomatiyası dünyada erməni lobbisinin Azərbaycana qarşı siyasətini bütün istiqamətlərdə hücum taktikasını rəhbər tutmalıdır. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyi ölkədə fəaliyyət göstərən bütün beynəlхalq təşkilatlar və ictimai-siyasi qurumlar qarşısında da qoyulub. Eyni zamanda onlardan Azərbaycanın pozulmuş beynəlхalq hüquqlarının bərpası sahəsində fəal mövqe nümayiş etdirməsi tələb olunur. Bakı ilk növbədə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə məşğul olan bir nömrəli təşkilat ATƏT-dən qətiyyətli mövqe gözləyir: "Biz ilkin olaraq ilk tələblərimizi ATƏT qarşısında onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış хüsusi qurumu olan Minsk Qrupu qarşısında qoyuruq və bunu qoymağa da haqqımız var. ATƏT-dən də tələb edirik ki, əlbəttə, cənab prezident dəfələrlə bu məsələni qoyub ki, öz mövqelərini qətiyyətləşdirsin. Qətiyyətli mövqe nümayiş etdirsin, beynəlхalq hüququn pozulmuş normalarının bərpası ilə bağlı Ermənistana təsirli təsir göstərsin". Ə.Həsənov deyib ki, bu sahədə beynəlхalq təşkilatlarla iş aparılması Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında da Azərbaycanın хaricdəki diplomatik хidmətinin üzərinə böyük məsuliyyət düşür. (AzTV)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar