SON XƏBƏRLƏR

BAKI-CEYHAN”dakı YANĞIN BU GÜN SÖNDÜRÜLƏ BİLƏR

2021.10.20, 07:36
BAKI-CEYHAN”dakı YANĞIN BU GÜN SÖNDÜRÜLƏ BİLƏR

Gunaz.tv
BAKI-CEYHAN”dakı YANĞIN BU GÜN SÖNDÜRÜLƏ BİLƏR Kəmərin işə salınması isə hələ 10-15 gün çəkəcək Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin Türkiyə ərazisindən keçən hissəsində avqustun 5-dən 6-na keçən gecə törədilmiş partlayışdan sonra başlayan yanğın hələ də davam edir. Türkiyənin hökumət rəsmiləri və kəmərin bu ölkə ərazisindən keçən hissəsini idarə edən BOTAŞ şirkəti hadisədən sonra yanğının 2-3 günə söndürüləcəyini bildirsələr də bu, baş verməyib. Qərara alınıb ki, yanğın partlayışın baş verdiyi 30 saylı əsas nasos stansiyasına qədər olan 6 kilometrlik boru xəttində qalmış təqribən 12 min barrel neft tam yanıb qurtaranadək nəzarət altında davam etsin. Türkiyə rəsmiləri bu variantın daha təhlükəsiz olduğunu bildirib və bunu yanğının tez söndürüləcəyi halda ətrafa çoxlu miqdarda neft axa biləcəyi ilə izah ediblər. Xəbər verildiyi kimi, PKK kəmərin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb və BTC, habelə Türkiyə ərazisindən keçən digər enerji xətlərində yeni təxribatlar törədəcəyi ilə hədələyib. Bununla belə Türkiyə rəsmiləri hadisənin PKK-nın işi olduğuna şübhə edir və texniki nasazlıq versiyasına üstünlük verirlər. “CNN-Türk” telekanalının xəbərinə görə, hadisə yerində olan BOTAŞ rəsmiləri və hökumət nümayəndələri qərara alıblar ki, yanğına bu gün xüsusi kimyəvi maddə ilə müdaxilə edilsin. Rəsmilərin bildirdiyinə görə, yanğın səngiyir. “Böyük ehtimalla sabah (bu gün-red.) yanğına müdaxilə ediləcək və söndürüləcək”,- deyə mənbə bildirib. Məlumata görə, bölgədə təhlükəsizlik tədbirləri davam edir, yanğının söndürülməsindən sonra ətrafa neft axması ehtimalı nəzərə alınır və buna qarşı tədbirlər görülür. Belə ki, traktorlar yanğın yerinin yaxınlığında hovuzlar qazıb və yanğın söndürüləndən sonra kəmərdə qalan neft bu hovuzlara axıdılacaq. Neftdaşıyan maşınlar isə nefti oradan daşıyacaq. Dünən neftdaşıyan maşınların bölgəyə gətirildiyi bildirilirdi. Rəsmilər yanğın söndürüləndən sonra nasos stansiyasının işinin nə zaman bərpa ediləcəyi haqda konkret proqnoz vermirlər. İlkin proqnozlara görə, bu iş 10-15 gün vaxt apara bilər. Lakin bir şərtlə ki, BOTAŞ şirkətinin ehtiyat ventilləri və nasosları olsun. Əks halda kəmərin işə salınması aylarla vaxt apara bilər. BTC kəmərinin Türkiyə hissəsində baş vermiş qəza və dörd gün davam edən yanğın nəticəsində ARDNŞ-ə ziyan dəyib. ANS-in xəbərinə görə, şirkətin prezidenti Rövnəq Abullayev bildirib ki, ÿBTC kəməri vasitəsilə gündə 100-110 min barrel neft ixrac edilirdi. Qəzadan sonra ARDNŞ Bakı-Novorossiysk marşrutu ilə gündə 11-12 min ton neft nəql edir. Bundan əlavə, “qara qızıl” dəmir yolu vasitəsilə Gürcüstana daşınır. Bu yolla hər gün 20 min tona yaxın neft ixrac etməklə baş verən qəza kompensasiya olunur: “Bakı-Supsa xəttini artıq təmirdən sonra işə salmışıq. O xətlə də neft ixrac edirdik. Bu, haradasa bütün həcmlərə bəs eləmir. Ammaÿ əvvəlki həcmlərə görə 50 faiz daşımanı həyata keçirməyə imkan olurdu. Hazırda bp şirkəti ”Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatını minimuma endirib". Qəza nəticəsində BTC-nin Türkiyə hissəsində 20 min ton neftin yandığını deyən Rövnəq Abdullayev bildirib ki, bu hadisədən dəyən ziyan sığorta vasitəsilə ödəniləcək və Azərbaycan heç bir maddi itki verməyəcək. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar