SON XƏBƏRLƏR

Bakı "Şərqli siması"nı itirir

2021.10.20, 07:36
Bakı "Şərqli siması"nı itirir

Gunaz.tv
Bakı "Şərqli siması"nı itirir Ekspertlərə görə, milli-tarixi abidələrin mühafizəsi sahəsində böhran hökm sürür Azərbaycanda milli-tarixi abidələrin mühafizəsi sahəsində də ciddi böhran hökm sürür. Bu sözləri "Milli İrsin müdafiəsi" birliyinin rəhbəri Aytəkin İmranlı dünən "Caspian Plaza"da keçirilən "Milli irsin qorunmasında mövcud maliyyə, hüquq, qanunvericilik və bərpa texnologiyası mexanizmlərinin böhranı" adlı dəyirmi masada söyləyib. "Turan" xəbər verir ki, İçərişəhərdə milli-tarixi abidələrin dağıdılması məsələsinə toxunan A.İmranlı bildirib ki, bütün qanuni vasitələrə əl atsalar da, bu dağıntıların qarşısını almağa nail ola bilməyiblər: "Maraqlıdır ki, yeni tikintilərə maliyyə vəsaiti ayrılır, adi binaların bərpasına maliyyə vəsaiti ayrılır, amma milli-tarixi abidələrin bərpası ilə heç kim maraqlanmır". O, 7-8 əsr öncə tikilmiş bir sıra abidələrin bərpasında yeni üslublu təmirləri tənqid edib və bu yolla tarixi abidələri müasirləşdirməyin həmin abidənin tarixiliyinin itirilməsinə xidmət etdiyini bildirib. İqtisadçı Qubad İbadoğlu isə milli-tarixi abidələrin müdafiəsi sahəsində maliyyə vəsaitinin az ayrılmasını və ondan istifadə olunmamasını hakimiyyətin "ədalətsiz pul bölgüsü" ilə əlaqələndirib. Onun fikrincə, Bakı bir Şərq şəhəri üslubunda qorumaq əvəzinə, modern Qərb şəhərinə döndərilir. Bu il tikintiyə 5 milyard manat ayrıldığını deyən iqtisadçı bu məbləğin 2 milyardının "yuxarılarda" mənimsəniləcəyini, üç milyardının isə tikinti sisteminə "səpələnəcəyini" bildirib. Onun fikrincə, gəlir naminə yeni tikinti sahələri axtarışında olanlar bu mənada milli-tarixi abidələrin mühafizəsinə elə bir ciddi maraq göstərmirlər. Hüquqşünaslar Birliyinin əməkdaşı Nurlana Əliyevanın sözlərinə görə, məsələ ilə bağlı 2007-ci ildən məhkəmələrə faktlar, səndələr təqdim etmələrinə baxmayaraq, hələ də milli-tarixi abidələrin mühafizəsilə bağlı bir qərar belə çıxarılmayıb. Yekunda A.İmranova bu məsələyə ictimaiyyətin diqqətini cəlb edə bilmək üçün daha geniş formatlı tədbirlər keçirməyə davam edəcəklərini bildirib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar