SON XƏBƏRLƏR

Bakıda 2020-ci il atəşfəşanlıqla qarşılanıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Bakıda 2020-ci il atəşfəşanlıqla qarşılanıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub.


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən təşkil olunan bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.


Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parkab xüsusi gözəllik verib. Eyni zamanda, şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.


Beləliklə, 2019-cu il yola salınıb və 2020-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.

 

 

 

 

 

 

 



N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar