SON XƏBƏRLƏR

BAKIDA İŞLƏMİŞ AMERİKA AGENTİ PKK-çı ÇIXDI

2021.10.20, 07:36
BAKIDA İŞLƏMİŞ AMERİKA AGENTİ PKK-çı ÇIXDI

Gunaz.tv
Terror təşkilatı ilə bağlı növbəti skanda lTürkiyə Barbara Lakerberqin həbsinə qərar verdi Türkiyənin hüquq-mühafizə orqanları PKK ilə əlaqələri olan Amerika vətəndaşı, Dövlət Departamentinin maliyyələşdirdiyi proqramlara rəhbərlik edən Barbara Lakerberqin yaxalanması üçün qərar çıxarıb. “Kanal D” televiziyasının yaydığı xəbərdə deyilir ki, Lakerberqin Türkiyənin cənub-şərqində fəaliyyət göstərən və kürdlərin Demokratik Toplum Partiyasının mitinqində əlində Quran tutaraq terrorçu Abdullah Öcalanın xeyrinə təbliğat aparmış “PKK-çı imam”la əlaqələri təsbit edilib. Bundan sonra Diyarbəkir Cümhuriyyət prokurorluğu onun haqqında həbs qərarı çıxarıb və barəsində axtarış elan edib. Araşdırmalar nəticəsində Lakerberqin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyini göstərən ehtimallar ortaya çıxıb. Həmçinin onun vaxtilə Bakıda işlədiyi məlum olub. Məlumata görə, Lakerberqin PKK ilə əlaqələrinin təsbit edilməsi ABŞ kəşfiyyatının bu terror təşkilatı ilə gizli təmasları, hörgütü dəstəkləməsi haqda söz-söhbətləri yenidən gündəmə gətirib. Lakin amerikalı terrorla mübarizə mütəxəssisi Timoti Tompson MKİ-nin PKK ilə əlaqələrinin olduğuna inanmır: “ABŞ PKK-nı terror təşkilatı elan edib, dövlət orqanlarında işləyən heç kim terror təşkilatı ilə onlara yardım etmək üçün əlaqəyə girə bilməz. Lakin bu cür rəsmi açıqlamalar Türkiyəni çox vaxt qane etmir. Bunun sadəcə söz olduğunu, əslində isə başqa siyasət yürüdüldüyünü düşünürlər. Bununla belə, ABŞ hüquqi dövlətdir və hər kəs vəzifəsini qanunlar çərçivəsində həyata keçirir. Bu səbəbdən istər MKİ, istərsə də Dövlət Departamenti və ya Pentaqon PKK terror təşkilatı ilə heç bir əlaqə yarada bilməz”. Tompson vurğulayıb ki, bölgədəki durumdan o qədər də xəbəri olmayan və ya İraqın şimalındakı kürdlərin hansının PKK-çı olduğunu ayırd etməyən bəzi ABŞ rəsmiləri və ya iş adamları keçmişdə PKK ilə təmas qurublar. Lakin onlar MKİ və Dövlət Departamenti tərəfindən xəbərdar edilib. Ekspert hazırda Türkiyənin PKK-ya qarşı apardığı hərbi əməliyyatlara Amerikanın kəşfiyyat dəstəyi verdiyinə diqqət yönəldib: “İraqın şimalında vurulan PKK hədəflərinin koordinatlarını Amerika verir. Bu koordinatları müəyyən etmək üçünsə bahalı texnologiya tətbiq edilir. Ona görə də MKİ və ya Dövlət Departamentindən kimsə PKK ilə əlaqəyə girərsə, ABŞ onu bağışlamaz”. Lakin adının açıqlanmasını istəməyən digər amerikalı ekspertin sözlərinə görə, ABŞ-PKK əlaqələrinin tək istisnası Dövlət Departamentinin proqramlarında çalışan qadındır. “Onun əri kürddür. Bu səbəbdən kürdlərə və PKK-ya rəğbəti var. Ancaq qanunlara görə, cinayət sayıla biləcək hansısa hərəkəti təsbit edilməyib. Digər tərəfdən, onun Türkiyə-ABŞ münasibətlərinə təsir imkanı yoxdur”. Əldə edilən başqa məlumatlara görə, Barbara Ann Lakerberq 1952-ci ildə Nyu Yorkda anadan olub, son vaxtlar soyadına “Dridi” sözü də əlavə edib. O, Concordia Universiteti nəzdində “Concordia İnternational Research” adlı qurum adına uzun müddət bölgədə çalışıb. Bu qurumun Xristian Metodist Kilsəsinin bir qolu olduğu bildirilir. İsrail və sionizm əleyhdarı kimi tanınır. İraq, İsrail, Fələstin və Liberiyada çalışıb. Gördüyü işlər və əlaqələri etibarilə bir kəşfiyyatçı profili cızır. Bir müddət Dünya Bankı adından Azərbaycanda ÿkənd təsərrüfatı proqramlarında işləyib. Kəşfiyyat ekspertləri Lakeberqin MKİ ilə keçmişdə dolayı əlaqələrinin ola biləcəyini, lakin polis təhqiqatı zamanı haqqında bəhs edilən fəaliyyətləri MKİ adına və PKK-nın təlimatları əsasında həyata keçirilə biləcəyini təsdiqləyən dəlillərin ortaya çıxmadığını vurğulayıblar. Yəni onun bilavasitə MKİ üçün çalışan şəxs olmadığını iddia ediblər. “Amerikan Kürd Mərkəzi” adlı qurumda da təmsil olunduğu söylənilən Lakeberqin son dövrlərdə çox sayda amerikalı kimi Şimali İraqdakı kürd administrasiyası üçün çalışa biləcəyi də ehtimallar arasındadır. Biz də öz növbəmizdə Lakeberqin Azərbaycandakı fəaliyyətini və əlaqələrini araşdırmağa çalışacağıq. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar