Bakıda “Təbriz prospekti”, “Həmədan meydanı”, “Ərdəbil  küçəsi”...- “Bütövlük düşüncəsini yaşatmalıyıq”

2021-04-13 11:17

​​​​​​​Dünən Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Mərasimdə qeyd olunub ki, Hərbi Qənimətlər Parkının yerləşdiyi küçənin adı dəyişdirilib. 

Gunaz.tv Quote | Gunaz article

Bundan sonra Nobel prospekti “8 noyabr prospekti” adlanacaq. Azərbaycanda Sovet dövründə və ondan sonra qoyulmuş yer və küçə adları var ki, hazırki çağla uyğunluq təşkil etmir. 

Məsələn, “Neapol dairəsi”, “Xalqlar dostluğu” metro stansiyası və s. Bu yerlər' Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə şəhid olmuş hərbçilərin adı verilsə daha yaxşı olmazmı? 

Məşhur hərəkatçı Nəsir Ağayev yeni yaradılan Böyük Dayaq Partiyasında -  VİDEOMÜSAHİBƏ

Yaxud niyə Azərbaycanın qədim yurd yerləri, tarixi şəhərlərinin adına Bakıda küçə və prospektlər yoxdur? Milli Azadlıq Hərəkatının fəallarından biri, tarixçi Nəsir Ağayev Günaz.TV-yə açıqlamasında bildirib ki, Azərbaycan paytaxtı Bakı şəhərində və iri şəhərlərdə Bütöv Azərbaycanı simvolizə edən adlar olmalıdır.

Bütöv Azərbaycan ülküsünü xalq hərəkatına çevirək! | Tural Elçin`in bloqu

“Yaxın illərə qədər Bakıda “Moskva prospekti” var idi. “Kommunist”, “Lenin”, “Basin” küçələri, “Kirov qəsəbəsi” vardı. Bu adlar rus-bolşevik işğalı illərində qoyulmuşdu. 30 ildir müstəqil dövlətik, amma yenə də Bütöv Azərbaycanı simvollaşdıran adlar çox azdır. 

Niyə Bakıda “Təbriz prospekti”, “Həmədan meydanı”, “Ərdəbil  küçəsi” olmasın? Azərbaycan məgər Arazın bu tayından ibarətdir? Azərbaycan böyük coğrafiyadır. Dərbənddən tutmuş Həmədana qədər böyük ərazidir. 

Azərbaycanı birləşdirən 10 əsrlik abidə... (FOTOLAR)

Biz tarixi yurd yerlərimizin adını yaşatmalıyıq. Qoy gələcək nəsil anlasın ki, Azərbaycan təkcə Arazdan şimalda olan torpaqlar deyil. Aramızda sərhədlər, tikanlı məftillər var, aydındır. 

Bəs mənəvi birliyə niyə nail ola bilmirik? Şüurlarda bütövlük düşüncəsini ölməyə qoymamalı, daim yaşatmalıyıq”-deyə, Nəsir Ağayev bildirib.

Tarxiçi bildirib ki, Azərbaycanın iri şəhərlərində Azərbaycanın birləşdirməyə çalışmış, dövlət qurmuş tarixi şəxsiyyətlərin: Şah Ismayıl Xətainin, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın, Səttarxanın, Bağırxanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin heykəlləri ucaldılmalı, xatirəsi küçə və yer adlarında əbədiləşdirilməlidir.

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16