Barak Obama İrana qarşı milli fövqəladə vəziyyət rejimini daha bir il uzadıb

2016-11-04 13:19

GünAzTV: ABŞ prezidenti Barak Obama noyabrın 3-də Senata və Nümayəndələr Palatasına məktub yazaraq 37 ildən bəri davam edən İrana qarşı milli fövqəladə vəziyyəti rejimini daha bir il uzatdığını bildirib.

 

Öz məktubunda İranla Amerika münasibətlərinə toxunan Obama deyib ki, Tehranla Vaşinqton arasındakı münasibətlər hələ də əvvəlki adi vəziyyətə qayıtmayıb. O, həmçinin Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasına toxunaraq bildirib ki, 1979-cu ildə İrana qarşı qəbul edilən 12170 saylı fərman noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır.

 

Xatırladaq ki, İrana qarşı fövqəladə vəziyyət rejimini ABŞ-ın keçmiş prezidenti Ceyms Karter 1979-cu ildə, Amerikanın Tehrandakı səfirliyinin işğal olunmasından və amerikalı diplomatların “Hizbullah”çı tələbələr tərəfindən girov götürülməsindən 10 gün sonra tətbiq edib. Həmin vaxtdan ABŞ prezidentləri hər il onun müddətini uzadır.

 

İranla Amerika 1981-ci ildə Əlcəzairin vasitəçiliyi ilə razılaşma imzalayaraq ABŞ-ın Tehrandakı səfirliyinin işğal olunması və amerikalı diplomatların girov götürülməsindən yaranan böhrana son qoyublar. Lakin həmin razılaşmadakı bəzi müddəaların icrası xüsusunda fikirayrılığı və ixtilaflar olduğuna görə, tərəflər yaranmış böhranı bu günə qədər tam həll edə bilməyiblər.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Prezident: Dağlıq Qarabağdakı ermənilər əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək

2020-10-22

gun az article

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq

2020-10-22

gun az article

Prezident: “Əgər Ermənistan əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq”

2020-10-22

gun az article

Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur"

2020-10-22

gun az article

Ruhani: “Amerikada hər kəs prezident seçilsə İran millətinin qabağında baş əymək məcburiyyətində qalacaq”

2020-10-22

gun az article

İranda daha 304 nəfər koronavirusdan ölüb, 5471 nəfər xəstəliyə yoluxub

2020-10-22

gun az article

Baş Prokurorluq: Ermənilər Oğuz-Qəbələ-Bakı su kəmərini hədəf alıb

2020-10-22

gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20