SON XƏBƏRLƏR

Barak Obamanın erməni hiyləsi

2021.10.20, 07:36
Barak Obamanın erməni hiyləsi

Gunaz.tv
Barak Obamanın erməni hiyləsi "Onun uydurma soyqırımın tanınmasıyla bağlı çağırışları uzağa getməyəcək" Tural Srağagün Senatda ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Marie Yovoviçin təyinatı ilə bağlı dinləmələr keçirilib. Senatın üzvü olan ABŞ prezidentliyinə namizəd Barak Obama dinləmələr ərəfəsində Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Haçikyana məktub göndərib. Məktubda "erməni soyqırımının" tanınması istiqamətində çağırışlar səslənib. Obama "1915-1923-cü illərdə Osmanlı imperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır" deyərək öz seçki kompaniyasında erməni lobbisinin dəstəyini əldə etməyə çalışıb. Mütəxəsislərin fikrincə, uydurma erməni soyqırımı ilə bağlı bəyanatların səngidiyi bir vaxtda Barak Obamanın meydana çıxaraq yenidən bu məsələyə dünyanın diqqətinə cəlb etməsi gələcəkdə ABŞ-Türkiyə münasibətlərinə yeni çalar gətirə bilər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu demokratların namizədinin bu cür fikirlər səsləndirməsinin ilk dəfə baş vermədiyini xatırladır. Türkiyənin ABŞ-la münasibətlərinə belə bəyanatların təsir göstərməyəcəyini proqnozlaşdırır: "Bu, növbəti təbliğat xarakterli açıqlamadır. Barak Obama birinci mərhələni adlayan vaxtda da erməni lobbisinə müəyyən vədlər vermişdi ki, Demokratlar Partiyasının namizədi kimi onu dəstəkləsinlər. İndi daha vacib mərhələ başlayıb ki, burada da Obama respublikaçı Con Makkeynlə yarışmaya girişib. Bu yarışda qələbə qazanmaq üçün onun yenə də seçkilərdə erməni və yəhudi lobbisinin dəstəyinə ehtiyacı var. Yəni bu mənada hesab edirəm ki, səs toplamağa hesablanmış təbliğat xarakterli bu açıqlama Barak Obamanın növbəti hiyləsidir". Elxan Şahinoğlu Barak Obamanın ermənipərəsət çıxışlarının onun prezidentlik dönəmində fəaliyyətində də seziləcəyini düşünür: "ABŞ tarixində elə bir hadisə olmayıb ki, prezident öz ölkəsinin milli və təhlükəsizlik maraqlarına zidd olan hər hansı bir addım atsın. Əvvəlki prezidentlər də seçilməmişdən əvvəl belə bir addımları atıb. Hətta Corc Buş da prezident seçilməmişdən öncə seçki kampaniyasında ermənilərə müəyyən vədlər vermişdi. Ancaq sonda görünən o oldu ki, prezident seçiləndən sonra "soyqırım"ın tanınması ilə bağlı konqresdə hər dəfə müzakirə məsələsi gündəmə gələndə Buş bunun qarşısını alırdı. Fikrimcə, əgər Obama da prezident seçilərsə, onun birmənalı olaraq erməni lobbisini dəstəkləyəcəyi və "soyqırım"ı tanıyacağını deyənlər yanılacaqlar. Çünki belə olarsa avtomatik olaraq ABŞ-ın regionda öz strateji müttəfiqi olan Türkiyə ilə münasibətləri gərginləşəcək. Hətta Azərbaycanla da münasibətlərində müəyyən problemlər yaşana bilər. Ümumilikdə isə ABŞ-ın imicində bir lobbinin təsiri ilə sübut olunmamış qondarma soyqırıma əsaslanan siyasət yürütmək kimi kölgə salınacaq. Yəni bu, təbliğat xarakterli açıqlamadan başqa bir şey deyil və Obamanın bəyanatı bu xəttdən o tərəf getməyəcək". Barak Obamanın prezident seçiləcəyi halda mütləq mənada ölkəsinin təhlükəsizlik və milli maraqlarını gücləndirəcəyini deyən ekspert erməni lobbisinin bu cür bəyanatların səslənməsində xüsusi fəallıq göstərməsinin də başadüşülən olduğunu bildirdi: "Erməni lobbisinin xüsusi taktikası var. Barak Obama bu lobbinin liderlərilə görüşüb müəyyən vədlər verəndən sonra onlar sanki demokratların namizədini küncə sıxırlar. Yəni ermənilər başa düşürlər ki, Obama prezident seçiləndən sonra ölkəsinin milli maraqlarını güdmək məcburiyyətində qalacaq. Erməni lobbisi artıq Corc Buşu ona görə tənqid edir ki, o öz vədini yerinə yetirmədi. İndi isə Obamaya bir növ təzyiqlər edirlər ki, gələcəkdə prezidet seçilsən bu vədlərdən geri çəkilməsin. Bu səbəbdən də barak Obama sanki məcburiyyət qarşısında qalırmış kimi dəfələrlə bəyanlayıb ki, Ağ Evə yerləşdikdən sonra sözügedən qondarma soyqırımı tanıyacaq. Amma bu da bir faktdır ki, erməni lobbisi ABŞ-da çox aktiv seçicilərdən sayılır. Yəni Koliforniya və digər ştatlarda artıq bu sübut olunub. Onların səslərilə prezidentliyə namizədlərin çoxu da hesablaşmaq məcburiyyətindədir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar