GünAz TV: Şimali İraq kürd muxtariyyatının başçısı Məsud Barzani Mosul əməliyyatı çərçivəsində İŞİD-dən təmizlənən ərazilərdən kürd peşmərgə qüvvələrinin geri çəkilməyəcəyini bəyan edib.
Ölkə.Az xəbər verir ki, kürd peşmərgə qüvvələri Mosul əməliyyatı çərçivəsində Şimali İraqda İŞİD-dən təmizlənən kənd və qəsəbələrdə qalaraq kürd muxtariyyatının ərazilərini genişləndirməyi hədəfləyib.
Verilən xəbərə görə, koalisiya qüvvələrinin də dəstəklədiyi əməliyyat nəticəsində peşmərgə qüvvələri onlarla kənd və qəsəbəni ələ keçirib.
N.S