Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb

2021-05-05 10:49

“Hazırda COVID-19-a qarşı peyvəndin vurdurulub-vurdurulmamasına dair cəmiyyətdə çoxlu müzakirələr aparılır. Bəziləri vaksinin tərkibinin bəlli olmadığını əsas gətirərək peyvəndləmədən imtina edirlər. Lakin maraqlısı odur ki, insanlar çox vaxt tərkibi bəlli olmayan dərmanları asanlıqla vurdursalar da, nədənsə bu təhlükəli virusdan qorunmaq istəmirlər”. 

Gunaz.tv Quote | Gunaz article

Bunu Azərbaycanın baş stomatoloqu, ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri professor Nazim Pənahov bildirib.

O qeyd edib ki, əksəriyyət Google-dan əldə etdiyi məhdud və tibbi əsası olmayan məlumatlara əsaslanaraq, bir-birlərinə peyvənd  vurdurmamaq barədə tövsiyələr verir.

Bu cür davranışı təzadlı sayan Baş stomatoloq Nazim Pənahov xatırladır ki, əksər uşaqlara həyatının elə ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq surətdə, mövcud olan sxem və təqvim üzrə, COVID-19-dan dəfələrlə qorxulu olan infeksiyalardan qorunmaq üçün müəyyən ardıcıllıqla peyvəndlər vurulur: “Bunun bəhrəsini də biz həyatımız boyunca həmin xəstəliklərə yoluxmamaqda görürük. 

Yaxud, peşəmizlə əlaqədar olan bəzi infeksiyalar, məsələn, B hepatitinə qarşı əhali arasında kütləvi surətdə peyvəndləmə aparılmasa da, əksər stomatoloqlar könüllü surətdə bu peyvəndi, belə deyək, öz vəsaiti hesabına vurdurur, sonra revaksinasiya olunurlar və artıq belə xəstələr ilə təmas zamanı özlərini və yaxın çevrəsini yoluxmaqdan sığortalayırlar. Ancaq pandemiya başladığı gündən bəzi sosial şəbəkələrdə yayılan, yoxlanılmayan və elmi dəlillərə əsaslanmayan məlumatlara istinad edərək, bəzi həmvətənlərimiz yenə də cari vaksinasiyaya inamsızlıq göstərirlər”.

Həkim-stomatoloq pandemiya dönəmində yerə tüpürən vətəndaşlara da müraciət edib. O qeyd edib ki, koronavirus bəlasından qurtulmağın yeganə yolu vaksinasiya, tibbi maska, sosial məsafə və fərdi gigiyena qaydalarına ciddi riayət etməkdən keçir: “Təəssüf ki, bəzi vətəndaşlarımızda ətraf üçün iyrənc gələn, lakin indiki zamanda çox qorxulu olan bir pis adət də vardır. Bu da öskürən zaman ağız boşluğuna düşən bəlğəmi birbaşa yol getdiyi zaman küçəyə tüpürməsidir. Tüpürcəyin tərkibindəki külli miqdarda patogen mikroorqanizmlərin və virusların bizim küləkli şəhərimizdə hava vasitəsilə, eləcə də həmin ərazidən keçən və ayağının altına diqqət verməyən uşaq ya böyük əhalinin ayaqqabılarına bulaşaraq evinə və ya işlədiyi müəssisəyə gətirilməsi, infeksiyanın yayılması üçün zəmin yaradır”.

Baş stomatoloq bir daha vətəndaşlara müraciət edərək onları elementar gigiyenik qaydalara riayət etməyə və peyvəndə icazə verməyə çağırıb. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24