SON XƏBƏRLƏR

Bayraq !

2021.10.20, 07:36
Bayraq !

Gunaz.tv
Gündemdə olan olaylar mubahisələr oqədər aydın aşkardırki bu konuda yazı yazmaqçün 1 cümlə olsun belə giriş yazmağa gərək yoxdur məncə. Bu üzdən durum necədir haqqında heçcə yazmadan, birbaşa neyçün bu duruma düşdüyümuz haqqında yazmaq fikrindəyəm. Təbiki bu yazılar ancaq öz şəxsi baxışlarımdır. A- Güney Azərbaycan özünə ayid bayrağı olmalıdır ya yox sorusuna cavabım kəsinliklə bayraq lazımdır olacaq. Səbəblər : 1- Diasporanin işini 1000 qat asanlaşdırmaqçün ! Hər bir adi vətəndaşda bilirki Güney Azərbaycan bayrağını kəsinliklə bugünki İran siyasi coğrafisində dalğalandırmaq mümkün deyil. Bu işə birdəfə əl atmağın sonucları bugün açıqcasına ortadadır. Deməli Güney bayrağı 99% xaricdə fealiyyət etməkçün gərəklidir, daxildə zatən buna imnak yoxdur və olsada heç ehtiyac yoxdur. Çünkü Güney şəhərlərində baş verən mitinglər , toplantılar vəya qiyamlar otomatik olaraq hansı millətə ayid olduğun ortaya qoyur. Ancaq xaricdə belə deyil. Siz Güney torpaqlarından xaric hərhansı ölkədə ən böyük mitinglər etsənizdə, bugün rəsmən Azərbaycan respublikası bayrağıkimi taninan bayraqla heçnə əldə etmiyəcəksiniz. Qaşığı başın arxasından dolandırmaqdan başqa sonucu yoxdur. 2- Güny Azərbaycanın özünə ayid bayraq əldə etməsi ən azından bu üzdən önəmli və vacibdirki, ortada olan “ bayraqların “ savaşına son versin. Başqa sözlə desəm bayraq zorunda qalmaq, eslində bayraq problemindən qurtarmaqçün təkcə çözümdür. Yenə təkrar edimki mənim sözlərimin ehatə dayrəsi ancaq Güneydən xarix topraqlarda fəaliyyət edənlərçündür. 3- “ Hamı öz bayrağını öz evinə qoysun və mitinglərə bayraqsız gedəlim “ diyə örnəyin ugursuz olması ! Bununda səbəbləri bəllidir. Sözdə bayraqları evdə qoyalim deməklə, əməldə xaricdəki mitingləri bəziyən yenə bayraqlar oldu. Deməli sayin sevgili çox dəyərli xaricdəki örgütlər, dərnəklər və habelə fərdlər öz bayraqlarını hər şeydən üstün tutduqların subut etdilər və buda o səbəblərdən biridirki bayraq konusu oqədər dartışılmalıdırki sonunda kimçün bayraq və kimçün Güney önəmlidir sorusuna konkret cevab tapılsın. Başqa yol qalmadı yani. İlk başda yazdığımkimi bu yazıda durumun necə olduöu haqqinda deyil , neyçün durum belədir və sonunda öz fikrimcə çıxış yolunu yazmaq fikrindəyəm. B. Neyçün durum budur ? 1- “İlk bayrağı kimlər , harda və nəzaman qaldırki və hansı adla? “ sorusu olduqcan eski konudur ama mənimkimi ozamanlar bu hərəktəndən uzaq duran birinin fikrinə bir soru gəli : “ Əcəba ozaman nədən bu bayraq konusuna buqədər ciddi yanaşılmadı?!? “ . Əcəba həmin gündən bəri Azərbaycan respublikası , Türkiyə və habelə bəzən Avropa ölkələrinin mediasın bəziyən həmin bayrağa nədən zamanında təbki göstərilmədi ?!? “. Cavab çox sadədir məncə : “ Amandır düşman qabağıdır! Düşman sevinər ! Öz içimizdə həll edərik ! ves birçox bənzər “ taktiklər “ bizim sayın ozamanki stratejistlərimizin sözləri olub. Onlar bu boyda tam mill çapda önəmli olan problemə vəya ixtilafa, asanlıqla “ öz aramızda “ həll eərik deyib üzdə vaz keçiblər ama içdə hey söküblər. “ Öz aramız “ haradır sorsanız , ozaman cavab bəllidir : Öz məhfillərimiz ! Öz dərnəklərimizdəki toplantılarda ! Öz çayxanamız ves. Bugün Güney dirnənişinin önündə daşkimi duran bu bayraq problemini eslində öz vaxtında “ öz aralarına “ məhdud etmək “ taktikin “ ortaya salanlar olub məncə. İndi buyurun öz aranızda illər boyu çözə bilmədiyiniz “ özəl “ probleminizi, public olaraq mediada çözun cənab “ demokrat “ bəylər-bayanlar ! 2- Vaxtında Xumeynini tam dəstkləyib və millətin başına otuzduran “ Sol “ partilər eynən həmin “ taktiki “ işlədib və “ Amerika qabağıdır, amandı İmperialism sevinər “ sözləriylə İslam respublikasın millətə sıradılar. Güney dirənişindədə bənzər olay baş verib məncə. Vaxtında TAM MİLLİ olan məsələni bir sıra aktivistlər “ öz aramız “ hesab edib və məhfillərdə birbirlərinin başın yarıb ama mediada “ əl ələ dümə dələ ... “ şuarları veriblər. Artıq bəlli olduki Dügmələrçün deşilən bacalar çox darımış və bu Dügmələr o bacalardan keçən deyirlər. Konkret cümləm budur : Vaxtında GAMOH və bayrağını öz “ mürəkkəb,uzağı görən taktikləriniz “ əsasında dəstəkləmişsiniz. Kontrol edərik diyə düşman sevinməsin diyə, illər boyu çalışmısınızki problemi gizlədib vəya üzə çıxsada kiçik göstərəsiniz ama qısa zaman sonra sizin kontroldan çıxıb ama siz yenədə həmin əski “ taktikinizdən “ əl çəkmədən dəvam etdiniz. “ Düşman bilər sevinər “ diyə, susdunuz ! Çerçili yansılamaq oqədərdə asan iş deyil bəylər bayanlar. Bu olar həmin Kəkliyi yansılayan Qarqanın hekayəsi. 3- İfşa etmək zamanında susubsuz və təviz vermək zamanında ifşa etmək taktiklərin qullanırsız ! Həmdə ifşa etməklə bayraq yarışı arasında fərqi bilmədən ! İllər boyu istər dəstəyiniz kölgəsində vəya ən azı susmağınızın sonucu olan HƏR YERDƏ GÜNEY BAYRAÖIKİMİ özünü tanıtmış bayraqla yarışa qalxdınız ! Ən maraqlısı budurki Azərbaycan respublikası , Türkiyə və bir çox başqa ölkələrin mediasına toxunmaq cesarətinizdə olmalı ! Bu bayrağı dünyaya kim tanıdıb ?!? C. Bu duruma son qoymaq ? Hardasa 2 il öncə məndə yuxarıda özüm məhkum etdiyim “ öz aramızda “ taktikinə vəya daha düzü xəstəliyinə tutulub və bu sözləri ancaq “ öz aramızda demişdim “. Kimsənin adın çəkmək fikrində deyiləm ama yetərincək şahidim vardırki bu sözləri dünən bugün deyil, ən azı 2 ildirki “ öz aramızda demişəm “ ! İlk başda bayraq vəya simgə probleminə hələlik ancaq və ancaq xaricdəki fəaliyyətçün gərəkli sandığımı yenidən vurqulayaraq , Güneyin xaricdəki örgütlərinin indiki darmadağın durumu dursun biryana, iki il öncə çox güclü ama sistematik olmadığına görə bayraq probleminə böylə yanaşmışam : Güney Azərbaycan dirənişini bayraq problemindən vəya daha düzü gələcəkdə bayraq adıyla üzləşəcəl ciddi problemlərdən qurtarmanın bircə yolu vardır : GAMOH-un bayrağı deyil, GAMOH-un önərdiyi bayrağa təvizə getmək zorundayıq ! Səbəblər : 1- Çünkü illər boyu Az.respublikası , Türkiyə və habelə bir çox ölkələrdə özünü tanıtmış ( nədənləri daha öncə yazıldı!) bayraqla yarışmaq yersizcəsinə enerji itirməkdir ! 2- Bunu yaparsaq dolaysıyla həmin ölkələrin mediası önündə etibarsızlıq qazanmaqdır ! Bəlkə onların tək bə təki gəlib bizdən üzür istəməlidirlərki “ bizdən soruşmadan “ bayrağı tanıdıblar ?!? 3- Dünya bayraqları içrə rəsmiyyətə tanınmış və BMT də kürsü sahibi olan Azərbaycan respublikasınin bayrağını dəyərdən salmış və üstəlik xaricdə özümüzü anonim etmiş olarıq ! 4- Az.respublikası nın bayrağın ələm etməklə, birbaşa vəya dolaysıyla içəridəki fəalları təhlükəyə atmış olarıq ! Çünki rejim asanlıqla Güney hərəkatın Azərbaycan respublikasına bağlayabilər və bu üzdən fəallara böyük cəzalar kəsər ! 5- Daxildə yenidən heç bir bayraq hətta məcazi anlamda kütləvi halda public oluna bilməz ! Bu işin riskinə girmək rəsmənn dəllikdir məncə və həmin insanlari bir başa ölümə göndərməkdir. 1 Körpüdən vəya uca saxtiman başından bayraq asmaqla, GAMOH-un illər boyu sizin huzurunuzda kuresel mediada yaydığı bayraqla yarışmaq olmaz. 6- Ancaq xaricdə bu problemi çözmək olar və adıda ancaq simgə olabilər. Çünki içərinin iştiraki olmadan xaricdə bayraq yaratmaq olmaz. Demək əgər GAMOH-un apardığı eybəcər siyasətlərilə birlikdə, onun önərdiyi bayrağıda aşmaq istəyirsinizsə, ozaman bununçün olduqcan güclü bir BİRLİK yaratmalısız bəylər. Ama mən o illərdə bu birliyin yaranmasına təxminən imkansız gördüyümçün, bu alternativi işə yaramaz hesab edib və yenə dedimki bayraq konusunda TƏVİZ-ə getmək zorundasiniz cənab liderlər ! 7- MİLLİ MƏNAFE və ən azı bayraq problemin bitirəlim diyə, Güney simgəsini GAMOH-un iddi aetdiyi bayraq deyil, GAMOH-un önərdiyi simgəni keçici olaraq gəbul etməliyik dedim. Əgər bizim istəyimiz bağımsız Güneydirsə, ozaman bizi o amaca yaxınlaşdıran hər hansı təvizə heç bir “ qurura “ kapanmadan getməliyik ! Halbuki əslində özündə milli qurur görən aktivist ya lider, milli mənafedən sonra heçnəyə əyməyi özünə “ qurursuzluq “ adı verməz !!! 8- Son səbəb və mənimçün ən önəmli səbəb budur: Sonra daha böyük təvizlərə məcbur olmamaqçün! Çünkü bu gedişlə zaman yeni simgə çıxarmaq istəyənlərin xeyrinə işləmir. Bir sözlə mənim 2 il öncədən bəri anladığım məsələ budur : GAMOH bayrağıyla ugraşmaq heç bir uğura erməyəcək. Çünkü bu işin uğurla başa çatmasiçün ən azından vaxtıla bayraq medialarda yayinanda susub duranlar BİRLƏŞMƏLİDİR ! Təkcə xaricdə olsun belə mən bu potansieli gormədiyimçün bu işə enerji sərf etməyi uyqun bilmədim və 2 ildən sonra ortada olan durum buna faktdır. Bu boyda yükün altına böylə param parça “ örgütlər “ olaraq girsəniz, ozaman sonuc olacaq gündəmdə olan Al-Alvan bayraqlar ! Ay-ulduzu qara, Araz çayin üstündə cızılmış və habelə Sarı boyalı Ay-ulduzlu bayraq ! Ozaman məndə bir önəri verim : Gəlin Ay-ulduzu BOZ rəngin seçək. Çünki Boz Qurd boyasıdır !!! GAMOH-un önərdiyi bayraqda həm Türkiyə bayrağı və həmdə Azərbaycan respublikası bayrağı görünür. Hərhansı dünya vətəndaşıki Türkiyə vəya Azərbaycan respublikasını n bayrağın görebsə, GAMOH önərisin görənkimi dərhal biləcəkki bu bayrağın sahibləri Türk və Azərbaycanlıdırlar. Stetik baxımdanda kimsə hissiyatin nəzərə almadan düşünsə bu qərara gələrki bugünəcən ortalıqda olan önərilərin hamısından stetikdir ! Bu faktlara görə mən inanıramki bu bayrağın tərrahının siyasi şuuru GAMOH partisin davranışlarına sığmayandır ! Yaranması barədə heç bilgim yoxdur ama yaradanların siyasi savadı bugünkü GAMOH-dan mutləq yüksək olmuş məncə. Əgər bu sözlər əsasında mənə GAMOH-çü diyən olacaqsa, bəri başdan demiş olumki çox sevinərəm öz adıma mənə intiqadların yazsın və əgər xaricdədirsə 100% kimliyin bəlli etsinki sözlərinə munasib cavabı almış olsun. Mənim qururum yanlışımı anlayıb və üzür istəməklə dağılmaz. Sevgili “ demokrat və milli mənafe üzrə qurur satanlar “ özlərin qorusunlar. Mən çox sevinərəmki xaricdə elə birlik yarana bilsinki bu problemi daha abırli yolla çözə bilsinlər!!! Ali Səbri ( Siyamək ) 19.07.08 Oslo Oguzlar1973@ gmail.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar