SON XƏBƏRLƏR

Abbas Lisani avqustun 27-də zindana qayıtmalıdır

2022.08.25, 18:26
Abbas Lisani avqustun 27-də zindana qayıtmalıdır

Gunaz.tv

O,  qurumdan Ərdəbil Tibb Ekspertiza İdarəsinin rəyinə uyğun hərəkət etmələrini tələb edib.

Ərdəbil prokuroru Abdullah Təbatəbayi isə Ədliyyə Tibb Komissiyasının məktubunun Abbas Lisaniyə verilməyəcəyini deyib və onun şənbə günü zindana qayıtmalı olduğunu bildirib.

Qeyd edək ki, Ərdəbil prokurorunun bu hərəkəti Abbas Lisaninin bel diskinin qapalı əməliyyatından (ozon terapiyası) sonra onu müalicə edən həkim doktor Əlirza Rəhimi Mamaqaninin rəyinə ziddir.

"Cənab Abbas Lisaninin bu gün Təbrizin Vəliəsr xəstəxanasında müalicə olunduğu təsdiqlənir. Müalicənin təkmili üçün evdə iki həftə tam istirahətə ehtiyac duyulur.

Uzun müddət belini gücləndirmə hərəkətləri və su müalicəsi ilə məşğul olması tövsiyə olunur. O, həmçinin ağır işlərdən azad edilməlidir",-deyə, Əlirza Rəhimi Lisaninin müalicəsi ilə bağlı yazdığı arayışda bildirib. 

Qeyd edək ki, Abbas Lisani avqustun 23-də məhkəmənin elektron sistemi vasitəsilə aldığı bildirişə əsasən həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbil İnqilab Məhkəməsinin İcra Şöbəsinə dəvət edilib.

"İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyətinizlə bağlı son günlər məhkəmə tibb ekspertizasının rəyi və hörmətli prokurorun göstərişinə görə, həbs cəzanızın qalan hissəsini çəkmək üçün 5 gün müddətində bu şöbəyə gəlməniz lazımdır.
Müəyyən edilmiş müddətdə gəlməmək həbslə nəticələnəcək"-deyə, bildirişdə qeyd olunub.

Bildiriş Abbas Lisaninin Təbrizin "Vəliəsr" xəstəxanasında bel diskindən əməliyyat olduğu günə təsadüf edir.

Qeyd edək ki, avqustun 13-də tibbi məzuniyyət müddəti bitdikdən sonra Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinin İcra Şöbəsində olub.

Ona Ərdəbil Məhkəmə-Tibbi Komissiyasının yenidən 6 aylıq tibbi məzuniyyət istədiyi üçün məzuniyyət müddətinin uzadıldığı və məhkəmənin elektron sistemi vasitəsilə elan olunacağı bildirilmişdi.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar