SON XƏBƏRLƏR

Abbas Lisani barədə qərar qüvvədə saxlanıldı: 8 il həbs və 2 il sürgün cəzası

2022.06.08, 05:27
Abbas Lisani barədə qərar qüvvədə saxlanıldı: 8 il həbs və 2 il sürgün cəzası

Gunaz.tv

Bu barədə Abbas Lisaniyə məhkəmənin elektron sistemi vasitəsilə göndərilən məlumatda bildirilib.

Qeyd olunub  ki, Ali Məhkəmənin Birinci Şöbəsi Seyid Məhəmmədrza Fəqihinin (vəkilinin) tələbi ilə işə yenidən baxıb və birinci instansiya məhkəməsi tərəfindən 8 il həbs və 2 il Yəzddə sürgün cəzasını qüvvədə saxlayıb.

Seyid Əhməd Mürtəzəvi Müqəddəmin və onun müavini Seyid Əbülhsən haşimi İmamzadənin rəhbərlik etdikləri İranın Ali Məhkəməsinin birinci şöbəsi də Abbas Lisaninin yaratdığı iddia edilən naməlum təşkilatın adını çəkməkdən yayınıb.

Qurum "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup və cəmiyyət yaratmaq və idarə etmək” ittihamı ilə kifayətlənib. 

 

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar