SON XƏBƏRLƏR

Abbas Lisani ədalətsiz sürgün hökmünə etiraz edərək Ərdəbilə qayıtdı

2023.02.24, 23:03
Abbas Lisani ədalətsiz sürgün hökmünə etiraz edərək Ərdəbilə qayıtdı

Gunaz.tv

O, ailəsi ilə telefon danışığı zamanı "məcburi sürgün hökmünə tabe olmayacağam" deyə bildirdikdən sonra fevralın 23-ü axşam saat 20 radələrində 20-dən çox milli fəalın qarşılaması ilə Ərdəbilə geri qayıdıb.

Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və hazırda bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda Yəzd şəhərindən Təbrizə qədər olan 1200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu bildirmişdi.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar