SON XƏBƏRLƏR

"Xalqımız səbirsizliklə dövlətləşməyə doğru can atır"-Abbas Lisani rejimin məqsədli əfv siyasətini ifşa etdi-VİDEO

2023.03.07, 10:23
"Xalqımız səbirsizliklə dövlətləşməyə doğru can atır"-Abbas Lisani rejimin məqsədli əfv siyasətini ifşa etdi-VİDEO

Gunaz.tv

Martın 3-də baş tutan görüşdə Abbas Lisani hakimiyyətin son əfv fərmanını onun xalqın iradəsi qarşısında geri oturması kimi dəyərləndirib.

Keçmiş siyasi məhbus Xoy zəlzələsindən zərər çəkənlərlə bağlı da fikirlərini bölüşüb.

"Xoy zəlzələsindən zərər çəkənlərə Azərbaycanın bütün bölgələrindən edilən geniş yardımlar xalqın milli oyanışının nümunəsidir. Xoy hadisəsində hakimiyyətin uzun illərdən bəri xalqımız arasında dağınıqlıq yaratmaq üçün həyata keçirmək istədiyi siyasətlərin darmadağın olduğunu şahidi olduq.

Xalqımızın səbirsizliklə dövlətləşməyə doğru can atdığını, Xoy zəlzələsində təşkilatlanmış formada hərəkət edərək buna layiq olduğunu gördük",- o, bildirib.

Lisani son etiraz aksiyaları və həbs edilənlərin barəsində çıxarılan əfv fərmanı ilə bağlı da düşüncələrini bölüşüb.

"Bu əfv deyildi, sadəcə hakimiyyətin xalqın qarşısında geri oturması idi. O şəxs əfv fərmanı verə bilər ki, küçələrdə etirazçıəların qanını tökməsin.

Etirazçı qadın və kişiləri qanına bulayıb və sonra əfv fərmanı imzalamaq riyakarlıqdır. Bu əfv xalqın qarşısında baş əyməkdir. Ümid edirəm o başların əyilməsi davamlı olsun. Iks təqdirdə artıq əyməyə başları da qalmayacaq",- deyə, Lisani hakimiyyətin ıəfv fərmanını şərh edib.

Fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" fevralın 23-də Ərdəbilə geri dönüb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar