Bundan öncə Abbas Lisani həbsdə olduğu müddətdə həkimlərin rəyinə baxmayaraq onun normal müalicəsinə imkan verilməyib.
Buna görə vəziyyəti ağırlaşıb və uzun müddətli müalicəyə ehtiyac yaranıb.
Qeyd edək ki, o, fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə iki illik sürgünə göndərilib.
Lakin Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" deyərək fevralın 23-də Ərdəbilə geri dönüb.
A. Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Günaz.TV