SON XƏBƏRLƏR

Abbas Lisani məhkəməyə çağırılıb

2022.05.23, 19:32
Abbas Lisani məhkəməyə çağırılıb

Gunaz.tv

Çağırışda ondan 5 gün içində tibbi ekspertizaya göndərilməsi üçün Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində getməsi istənilib.

Abbas Lisani fevralın 13-də üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra əməliyyat və müalicə olunmaq üçün 6 aylıq tibbi məzuniyyətə göndərilib və onun məzuniyyət müddətinin bitməsinə 3 ay qalır.

Lisaninin məzuniyyət müddətinin bitmədiyi halda onun dosiyesinin yenidən tibbi ekspertizaya göndərilməsi barədə hər hansı dəqiq açıqlama verilməyib.

Qeyd edək ki, müxtəlif xəstəliklərdən, o cümlədən fəqərə sütununda ciddi problemin olduğundan əziyyət çəkən milli fəal əməliyyat olunub və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar