Abbas Lisani silahlı məmurların müşayiəti ilə xəstəxanaya aparıldı:Təcili əməliyyat olunmalıdır

05.11.2021, 12:33

Ərdəbil zindanında 15 illik məhkumluq dövrünü keçirən siyasi Məhbus Abbas Lisani noyabrın 4-də ciddi təhlükəsizlik tədbirləri və silahlı məmurların müşayiəti ilə Ərdəbil şəhərinin Ədliyyə Tibb Mərkəzinə aparılıb.

Gunaz.tv Quote | Gunaz article

A.Lisaninin Ədliyyə Tibb Mərkəzinə aparılması MRT testinin nəticələrinə və həkimlərin rəyinə əsasən həyata keçirilib.

Qeyd edək ki, belində ciddi ağırlar olan Abbas bəy təcili əməliyyat olunmalıdır.

Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Bundan bir müddət öncə şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.    

Oktyabrın 21-də Abbas bəy təhlükəsizlik və polis məmurlarından ibarət üç avtomobilin müşayiəti ilə MRİ testləri üçün klinik terapiya mərkəzlərindən birinə aparılıb.

Orada siyasi məhbusdan analizlər götürülüb.

Siyasi məhbus uzun müddətdir ki, müxtəlif xəstəliklərdən, o cümlədən onurğa bel disk yırtığı xəstəliyindən əziyyət çəkir və təhlükəsizlik orqanlarının onun işinə müdaxiləsi nəticəsində düzgün müalicəsi üçün şərait yaradılmır, tibbi məzuniyyətə buraxılmır.

Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Laçın hava limanının tikintisi 2024-cü ildə başa çatacaq

2022-06-28

gun az article

Ərdoğanla Bayden arasında telefon danışığı olub

2022-06-28

gun az article

İranda inflyasiya rekord həddə çatıb

2022-06-28

gun az article

Azərbaycan Ordusunun artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir-VİDEO

2022-06-28

gun az article

"İranda "Whatsapp" və "İnstagram" bağlana bilər"-Millət vəkili

2022-06-28

gun az article

Dohada İran və Amerika arasında müzakirələr başlayır

2022-06-28

gun az article

“Fərrux Azərbaycanın nəzarəti altındadır” - Paşinyan

2022-06-28

gun az article

Ukraynada müharibədə ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28

gun az article

Bu gün NATO-nun sammiti başlayır, Alyansın yeni konsepsiyası qəbul olunacaq

2022-06-28

gun az article

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib

2022-06-28

gun az article

“Parlaq gələcək”: “SEPAH daxilində nələr baş verir?” və “Son 50 ildə Təbriz nüfusunun çoxalması”-VİDEO

2022-06-28

gun az article

Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

2022-06-28

gun az article

Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"

2022-06-28

gun az article

NATO çevik qüvvələrinin sayını 40 mindən 300 minə qaldırır- Stoltenberq

2022-06-27

gun az article

Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü

2022-06-27

gun az article

Ukraynada ticarət mərkəzi raketlə vuruldu - Ölən və yaralılar var

2022-06-27

gun az article

İranın əhəmiyyətli iqtisadi müəssisələrinə haker hücumu olub

2022-06-27

gun az article

Conson: "Ukraynanın cənub-şərqində vəziyyət çox çətin olaraq qalır”

2022-06-27

gun az article

ABŞ Rusiyaya dəstək verən şirkətlərə sanksiyalar tətbiq edəcək –Ağ Ev

2022-06-27

gun az article

İlham Əliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir"

2022-06-27