SON XƏBƏRLƏR

Abbas Lisani Urmu gölü fəlakəti ilə bağlı müraciət etdi-AUİDO

2022.07.11, 04:20
Abbas Lisani Urmu gölü fəlakəti ilə bağlı müraciət etdi-AUİDO

Gunaz.tv

"Urmu gölünün qurudulması ilə Azərbaycan türk millətinə məxsus bir neçə əyaləti boş səhraya çevirirlər və bununla da milləti açıq şəkildə soyqırım etmək istədiklərini söyləmək olar.

Urmu gölünün fəlakətinə gəlincə, gölün bu vəziyyətə gətirən bütün səbəblər və həmçinin proses ictimaiyyətin gözü qarşısındadır. 

Urmu gölünün qurudulması prosesi tamamilə Urmu gölünü qurutmağa qərar verən siyasi iradəyə uyğundur. Eyni siyasi iradə Urmu gölünün qurudulması prosesini öz siyasi maraqlarına uyğun həyata keçirir.

Bu maraqlardan biri də Urmu gölünü qurudandan sonra onun minerallarını və faydalı qazıntılarını başqa yeraltı və yerüstü sərvətləri kimi talamaq, Azərbaycan xalqını günü-gündən yoxsullaşdırmaq və bununla da özlərinin mənfur istəklərinə çatmaqdan ibarətdir"-müraciətdə belə deyilir.

Abbas Lisani bildirib ki, Urmu gölünün quruması ilə Azərbaycanın türk xalqına məxsus bir neçə əyaləti boş səhralara çevrərək açıq şəkildə bu xalqı soyqırım etməkdir.

"Azərbaycan xalqı daha çox zülmə məruz qaldığı üçün reaksiyası daha şiddətli olacaq.

Heç kim müxtəlif vaxtlarda Azərbaycan xalqına qarşı qəddar və aqressiv siyasət yürütdüyünə görə sevinməməlidir. Azərbaycan xalqının torpağının səhralaşmasına yol verməkdənsə, zamanı gəldikdə bunu edənləri mənsub olduqları səhraya geri qaytaracağı gündən qorxun".

Milli fəal Azərbaycan xalqın gördüyü zülmlər qarşısında susmayacağnı bəyan edib.

"Bu gün sakit görünməsinə baxmayaraq münasib zamanda partlayışa səbəb olacaq. Azərbaycan xalqı özünə layiq olan şəkildə tapdalanmış haqq və hüququnu əldə edəcək.

Ümid edirəm ki, fars hökuməti, şovinistləri və anti-türk təfəkkürlü cərəyanın ağlı başına gəlib bu ədalətsizliyə son qoyacaq. Əks halda millətin qəzəbi tanrının qəzəbindən daha şiddətli və qorxuludur, ayılın və özünə gəlin”-deyə, Abbas Lisani müraciətində bildirib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar