SON XƏBƏRLƏR

Abbas Lisani sürgünə göndərilir

2023.02.21, 20:40
Abbas Lisani sürgünə göndərilir

Gunaz.tv

Lisani 50 ay həbs cəzası çəkdikdən sonra fevralın 21-də polis qüvvələrinin müşayiəti ilə həbsxananın 7-ci bölməsindən Ərdəbil şəhəri polis idarəsinin təcridxanasına aparılıb.

O, 8 illik həbs cəzasının 4 ilini çəkdikdən sonra, bir neçə gün öncə barəsindəki haqsızlıqlara və müalicə olunmasına imkan verilmədiyi üçün aclıq aksiyasına əl atacağını bildirmişdi.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Cavidan 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar