Siyasi məhbus Abbas Lisaninin işi Tehrana göndərildi

11.01.2022, 12:30

Ərdəbil zindanında həbs cəzasını çəkən siyasi məhbus Abbas Lisaninin "dosye"si baxılmaq üçün Tehrana göndərilib. Bu barədə milli fəalın yaxınları məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

“Abbas Lisaninin yaxınları onun Ədliyyə tibbi ekspertizasına göndərilməsi və həkim müayinəsindən keçməsi ilə bağlı Ərdəbil həbsxanasının rəhbərliyinə müraciət ediblər.

Onlara bildirilib ki, məhkəmə sistemi məsullarının istəyi və 3 hakimin rəyi əsasında Abbas Lisaninin işi daha artıq incələnməsi üçün Tehran Apelyasiya Məhkəməsinə göndərilib”-məlumatda belə deyilir.

Bundan əvvəl Abbas Lisaninin vəkili Seyid Məhəmmədrza Fəqihi məhkəmə başçısına məktub yazaraq müvəkkilinin işindəki əsas qüsurları izah edib.

Vəkilin müraciətindən sonra məhkəmə başçısının katibliyinin göstərişi ilə cinayət işi Ərdəbil əyalətinin Apelyasiya Məhkəməsinin üç hakimi tərəfindən yenidən araşdırılımış və işin tamamı hüquqi iradları yoxlamaq üçün 2021-ci ilin dekabr ayının əvvəllərində Tehrana göndərilib.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25

gun az article

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

2022-06-25

gun az article

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib-VİDEO

2022-06-25

gun az article

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022-06-25

gun az article

Süngün mis mədəninin işçiləri döyülüb

2022-06-25

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda demokratiya mümkündürmü?” -VİDEO

2022-06-25

gun az article

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

2022-06-25

gun az article

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022-06-25

gun az article

Həmədanda işsizlik göstəricisi artıb

2022-06-24

gun az article

Salmasda "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

2022-06-24

gun az article

Qaradağ meşələrində yanğın olub

2022-06-24

gun az article

Zənganda bələdiyyə başçısı həbs edilib

2022-06-24

gun az article

Güney və Azərbaycanın idman klubları qardaşlaşıb

2022-06-24

gun az article

Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

2022-06-24

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi böhran davam edir" və “İranda iqtisadi fəlakətin əsas səbəbi”-VİDEO

2022-06-24

gun az article

Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

2022-06-24

gun az article

Təbriz İranda üçüncü bahalı şəhərdir

2022-06-24

gun az article

Qəzvində uçmaq təhlükəsi olan 70 binanın sakinləri təxliyyə ediləcək

2022-06-24

gun az article

Səməd Behrənginin doğum günüdür

2022-06-24