SON XƏBƏRLƏR

“BBC farsca” agentliyi “Traxtur” tərəfdarlarının şüarını təhrif edib: “Türk” sözü şüardan ləğv olunub

2021.10.20, 07:36
“BBC farsca” agentliyi “Traxtur” tərəfdarlarının şüarını təhrif edib: “Türk” sözü şüardan ləğv olunub

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbrizin “Traxtur” futbol komandası oktyabrın 26-da Rəştin  “Sepidrud” komandasını öz meydançasında qəbul edərək rəqibini 2:1 hesabı ilə məğlub yola salıb.

 

Super liqa çərçivəsində keçirilən görüşdə 40 min nəfərdən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib, onlar oyun boyu müxtəlif şüarlar səsləndiriblər.

 

“Traxtur” tərəfdarları oyunun 25-ci dəqiqəsində “Səhənd meydanında – Türk qızlarının yeri boş” şüarını səsləndirərək İranda qadınların stadiona buraxılmamasına etiraz bildiriblər. Soydaşlarımız bu şüarı mərhum seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətinin qadınlara səsvermə hüququnu tanımasından ilham alaraq səsləndirdiklərini bildiriblər. Bugünkü İran coğrafiyasında qadınların səsvermə hüququ ilk dəfə olaraq 1946-cı ildə (hicri-şəmsi təqvimi ilə 1325-ci il) Azərbaycan Milli Hökuməti tərəfindən tanınıb.

 

“Traxtur” yarışında “Azərbaycan qızları göylərin ulduzları - Stadion yolları gözləyir onları / Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq biz alarıq haqqınızı türk qızları / Türk qızları, Türk qızları...” şüarı da şeir şəkilində dilə gətirilib.

 

Panfarsizmi dəstəklərən kütləvi informasiya vasitələri, o cümlədən “BBC farsca” Xidməti yaydıqları xəbərdə yuxarıda qeyd etdiyimiz şüarı təhrif edərək “Türk” sözünü ləğv ediblər. Panfarsist internet istifadəçiləri də eyni təhrifi təkrar edib.

 

Bu təhrif azərbaycanlı intnernet istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb, hazırda soydaşlarımız BBC-farsca xidmətinin internet səhifələrinə etiraz postları dərc edir.

 

Azərbaycan türkləri hər zaman qadın hüquqlarını müdafiə etməkdə şərqi dünyası və islam aləmində öncül millətlərdən biri olub.

 

 

 

https://www.youtube.com/watch?time_continue=16&v=fjjrJAwFXlU

 

https://www.youtube.com/watch?time_continue=9&v=spV6dS-SkbU

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar