SON XƏBƏRLƏR

BƏƏ körfəzdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün qurulan koalisiyaya qoşulacaq

2021.10.20, 07:36
BƏƏ körfəzdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün qurulan koalisiyaya qoşulacaq

Gunaz.tv

GünAz TV: Birləşmiş Ərəb Əmirlikləri Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə körfəz, Babül-Məndəb və Hörmüz boğazları, eləcə də Oman dənizində beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün qurulan koalisiyaya qoşulacağını bəyan edib.

 

BƏƏ-nin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, rəsmi Əbu-Dabi beynəlxaq gəmiçilik və ticarətə qarşı olan təhdidlərlə müzarizə aparmaq, qlobal enerji təhlükəsizliyini təmin etmək, eləcə də sülh və təhlükəsizliyi qorumaq üçün bu qərarı qəbul edib.

 

Sözügedən dəniz koalisiyası Amerikanın təşəbbüsü ilə beynəlxalq sularda üzən ticari gəmilərin və tankerlərin təhlükəsizliyinin, eləcə də ona üzv olan ölkələrin mənafeyinin təmin edilməsi üçün təşkil olunub.

 

Qeyd etmək lazımdır ki, koalisiyanın yaradılması ilə bağlı təşəbbüs İranın cari ilin may və iyun aylarında körfəzdə bir neçə ticari gəmiyə qarşı təxribat hücumları həyata keçirməsi, həmçinin Britaniya bayrağı ilə üzən gəmini saxlaması səbəbindən irəli sürülmüşdü. Daha sonra rəsmi London da oxşar təklifi Avropa ölkələrinə etmişdi. Lakin bir müddət sonra Britaniya ABŞ-ın təşkil etdiyi hərbi dəniz birliyinə qoşulmağa hazır olduğunu bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar