SON XƏBƏRLƏR

Bəhram Qasimi: “Amerika İran neftinin ixracının qarşısını alsa bunun əvəzini çıxacağıq”

2021.10.20, 07:36
Bəhram Qasimi: “Amerika İran neftinin ixracının qarşısını alsa bunun əvəzini çıxacağıq”

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi iyulun 24-də jurnalistlərə açıqlamasında Amerikanın İran neftinin ixracına qarşı atacağı mümkün addımlardan və rəsmi Tehranın buna göstərəcəyi sərt reaksiyasından danışıb.

 

Qasimi Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, İran, neft ixracı ilə bağlı ona göstəriləcək hər bir xarici təzyiqə kəskin reaksiya verəcək: “Amerikalılar iddia edirlər ki, İranın neft ixracatını sıfıra salmaq niyyətindədirlər. Onlar bütün beynəlxalq qanunlara baxmayaraq İranı özünün ibtidai hüququndan məhrum etməyə çalışırlar. Lakin biz buna imkan verməyəcəyik.

 

Daha doğrusu, əgər Amerika bu istiqamətdə hansısa bir addım atmaq istəsə və İran neftinin ixracının qarşısını almağa çalışsa, İranın kəskin reaksiyası ilə üzləşəcək və şübhəsiz ki, biz bunun əvəzini onlardan çıxacağıq”.

 

Qasimi, İran neftinin satışına qadağa qoyulacağı təqdirdə rəsmi Tehranın buna necə bir reaksiya verəcəyini və bunun əvəzini necə çıxacağını açıqlamayıb.

 

Bu ilin noyabr ayından İran neftinə sanksiya qoymağa hazırlaşan ABŞ prezidenti Donald Tramp və Amerikanın digər rəsmiləri bildirirlər ki, yaxın aylarda İran neftinin ixracını sıfıra salmaq istəyirlər. Rəsmi Vaşinqtonun bununla bağlı mövqeyini açıqlamasından sonra, İranın bir sıra rəsmiləri son həftələr öz çıxışlarında Qərbi tez-tez təhdid edir, ölkə neftinin satışına qadağa qoyulacağı təqdirdə, Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacaqlarını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar