Bəhram Qasimi: “Azərbaycan Netanyahunun bu səfəri ilə razılaşmamalı idi”

2016-12-19 14:06

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 19-da jurnalistlərlə görüşündə İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri və Qarabağda bir məscidin iranlılar tərəfindən təmir edilməsi ilə bağlı iki sualı cavablandırıb.

 

Bəhram Qasimi, Netanyahunun Azərbaycan Respublikasına səfəri ilə əlaqədar rəsmi Tehranın mövqeyini açıqlayıb: “Bu, Azərbaycanın daxili məsələsidir. Biz İsrailin regionda şeytani və təxribat xarakterli rəftar və əməllərinin şahidiyik. Sionist rejimin baş naziri, regiona etdiyi bu kimi səfərlərlə müsəlman ölkələri arasındakı münasibətlərə xələl gətirməyə çalışır. Güman edirəm ki, Azərbaycan onun (Netanyahunun) Bakıya səfəri ilə razılaşmamalı idi. Çünki bu səfərdə yaxşı bir niyyət yoxdur. Hesab edirəm ki, Azərbaycan ayıq-sayıq olmalı, Tel-Əvivin tələsinə düşməməlidir”.

 

Rəsmi Tehranın sözçüsü, Azərbaycanın erməni işğalı altında olan Qarabağ bölgəsində bir məscidin iranlı mühəndislər tərəfindən təmir edilməsi ilə əlaqədar bir neçə gün əvvəl  yayılan məlumatlar barədə daha bir sualı da cavablandırıb: “Mənim bu məsələdən xəbərim yoxdur. Bizim isə Azərbaycan, Ermənistan və Qarabağla bağlı mövqeyimiz aydındır”.

 

İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Bakıya qısa səfərindən sonra Qazaxıstana yollanıb.

 

Xatırladaq ki, Netanyahunin Bakıya səfəri ərəfəsində bəzi İran rəsmiləri, o cümlədən də Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi, İran parlamenti sədrinin köməkçisi  Hüseyn Əmir Abdullahiyan və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin  ayrı-ayrılıqda bəyanatlar səsləndirərək İsrailin baş nazirinin Bakıya  səfərinə etiraz bildirmişdilər.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22