SON XƏBƏRLƏR

Bəhram Qasimi: “Bəlkə də Tramp Tehrana zəng vurub bizimlə danışıqlar aparmaq istədiyini bildirəcək”

2021.10.20, 07:36
Bəhram Qasimi: “Bəlkə də Tramp Tehrana zəng vurub bizimlə danışıqlar aparmaq istədiyini bildirəcək”

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi iyulun 16-da jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın İranla bağlı dörd gün əvvəl Brüsseldə səsləndirdiyi bəyanatına reaksiya verib.

 

Trampın “Bir gün Tehrandan mənə zəng vurub danışıqlara çağıracaqlar”-deyə səsləndirdiyi bəyanatına toxunan Bəhram Qasimi deyib ki, Trampın müzakirələr aparmaq üçün Tehrana zəng vurması daha real görünür: “Çünki bunun keçmişdə nişanələri də mövcuddur. Mən bilmirəm ki, ABŞ prezidenti bu sözü deyəndə zarafat edib, yoxsa ki, ciddi şəkildə bunu dilə gətirib. Lakin hesab edirəm ki, onun Tehrana zəng vurub bizi danışıqlara dəvət etməsi ehtimalı daha böyükdür”.

 

Qeyd edək ki, iyulun 12-də Brüsseldə keçirilən NATO-ya üzv 29 ölkənin hökumət və dövlət başçılarının sammitinə qatılan Tramp, jurnalistlərlə görüşündə  İranın region ölkələrinə və Amerikaya qarşı rəftarında dəyişikliklər edilməsindən və İranın ağır iqtisadi durumundan danışıb:  “Hazırda iranlılar  əvvəlki vaxtlarla müqayisədə bizimlə daha ehtiramla rəftar edirlər. İran artıq neçə ay əvvəlki İran deyil. Onların çoxlu çətinlikləri var, iqtisadiyyatları isə çökmək ərəfəsindədir. İran rəhbərləri indi nisbətən dəyişiblər və mən buradan sizə deyirəm, bir gün onlar mənə zəng vurub deyəcəklər ki, gəlin danışıqlar aparıb bir razılığa gələk. Bəli bu olacaq. Çünki bu gün onlar, üzləşdikləri çoxlu problem və çətinliklərdən əziyyət çəkilrlər”.

 

 

Xatırladaq ki, Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb. Hazırda ölkə iqtisadiyyatının gündən-günə zəifləməsi, milli valyutanın dəyərdən düşməsi və qiymətlərin gündən-günə artması, ölkənin müxtəlif şəhərlərində kütləvi etirazlara gətirib çıxarıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar