SON XƏBƏRLƏR

Bəhram Qasimi: “Körfəz Əməkdaşlıq Şurası İran adaları ilə bağlı iddialar irəli sürməklə tarixi həqiqətləri dəyişə bilməyəcək”

2021.10.20, 07:36
Bəhram Qasimi: “Körfəz Əməkdaşlıq Şurası İran adaları ilə bağlı iddialar irəli sürməklə tarixi həqiqətləri dəyişə bilməyəcək”

Gunaz.tv

 GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 7-də jurnalistlərə açıqlamasında Körfəz Əməkdaşlıq Şurasının Küveytdə keçirilən son toplantısında İrana qarşı qəbul edilən sərt bəyanata münasibət bildirib.

 

Dekabrın 5-də Küvetdə keçirilən Körfəz Əməkdaşlıq Şurası iclasının sonunda İrana qarşı sərt bir bəyanat qəbul edilib. Bəyanatda, İran Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğu bildirilən üç adanın (Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları) işğalında, region ölkələrinin daxili işlərinə qarışmaqda və beynəlxalq terrorizmə dəstəkdə günahlandırılıb.

 

Bəhram Qasimi bildirib ki, Körfəz Əməkdalıq Şurası keçirdiyi iclaslarda yalan yaymaq əvəzinə diqqətini bölgədə baş verən olaylara yönəltməli, regionun reallıqlarını dərk etməyə çalışmalıdır: “Hesab edirik ki, fars körfəzindəki Əməkdaşlıq Şurası yalan və iftira yayıb İrana məxsus adalarla bağlı saxta və əsassız iddialar irəli sürmək əvəzinə, yaxşısı budur ki, islam dünyasının əsas problemləri ilə maraqlansın və Amerikanın Tel-Əvivdəki səfirliyini Beytülmüqəddəsə köçürməsi ilə əlaqədar verdiyi qərarla məşğul olsun. Bu şuranın yaydığı bəyanat bir daha göstərir ki, orada toplaşanlar Fələstin məsələsi ilə bağlı üzərinə düşən dini və insani vəzifələrindən açıq-aşkar boyun qaçırır, regionun indiki həssas durumunda həqiqətlərə göz yumur və bölgədə əsas prioritet sayılan məsələlərin əhəmiyyətini dərk etmir.

 

Bir daha bildiririk ki, fars körfəzindəki Əməkdaşlıq Şurası İrana məxsus üç ada ilə bağlı saxta və əsassız iddialar irəli sürməklə tarixi və hüquqi həqiqətləri dəyişə bilməyəcək”.

 

Qeyd edək ki, körfəzdəki Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları, Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə əsasən İran hökumətinin nəzarətinə verilib.

 

Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələ qarşılıqlı danışıqlar yolu ilə öz həllini tapmayacağı təqdirdə, onu Beynəlxalq Haaqa (Lahə) Məhkəməsində qaldıracağını bildirir.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı axşam saatlarında Ağ evdə televiziya vasitəsilə etdiyi tarixi bir çıxışda Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp, ölkəsinin Tel-Əvivdəki səfirliyini tezlikcə Yerusəlimə köçürücəyi barədə söz verib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar