SON XƏBƏRLƏR

Bəhram Qasımi: “Kosmosa peyk göndərmək üçün kimisə gözləməyəcəyik”

2021.10.20, 07:36
Bəhram Qasımi: “Kosmosa peyk göndərmək üçün kimisə gözləməyəcəyik”

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi həftəlik mətbuat konfransı zamanı Qərbi sərt tənqid edib.

 

O, kosmosa peyk göndərilməsinin İranın “təbii haqqı” olduğunu və bunun BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməni “pozmadığı”nı deyib.

 

Onun sözlərinə görə, İranla Avropa ölkələrindən biri arasında bu sahədə razılaşma əldə edilsə də, sonradan həmin ölkə öz öhdəliklərini icra etməkdən imtina edib: “Biz kosmosa peyk göndərmək üçün kimisə gözləməyəcəyik. Öz bilik və bacarıqlarımızdan istifadə edərək, bu sahədə də inkişaf yolunu izləyirik və bu sahədə bir çox uğurlar əldə edilib”- deyə Qasımi iddia edib.

 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri İranın raket və aerokosmik proqramının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu bildirərək, rəsmi Tehrandan bu proqramları dərhal dayandırmasını tələb edirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar