SON XƏBƏRLƏR

Bəhreyn rəsmisi: “2017-ci ildə təhlükəsizlik qüvvələrimiz “Sepah”ın dəstəklədiyi 19 terror aktının qarşısını alıblar”

2021.10.20, 07:36
Bəhreyn rəsmisi: “2017-ci ildə təhlükəsizlik qüvvələrimiz “Sepah”ın dəstəklədiyi 19 terror aktının qarşısını alıblar”

Gunaz.tv

GünAzTV: Bəhreyn Krallığının daxili işlər naziri Şeyx Raşid Bin Abdullah Al-i Xəlifə yanvarın 21-də ziyalılar və bir qrup rəsmilər qarşısında çıxış edərək, İranın ölkədə dəstəklədiyi terrorçu qruplaşmaların fəaliyyətindən və rəsmi Tehranın Bəhreynin daxili işlərinə qarışmasından danışıb.

 

Nazir bildirib ki, ötən il Bəhreyn təhlükəsizlik qüvvələri, İranın dəstəklədiyi terrorçu qruplaşmaları və radikal islamçı dəstələri zərərsizləşdirmək məqsədilə ölkədə 100 əməliyyat keçirib: “Təhlükəsizlik qüvvələrimizin keçirdiyi bu əməliyyatlar nəticəsində, “Sepah”a və onun “Qüds” qanadına bağlı Həşdi-Şəəbi və Livan “Hizbullah”ı tərəfindən planlaşdırılmış 19 terror aktının qarşısı alınıb. Keçirilən əməliyyatlarda İranla birbaşa əməkdaşlıq edən 290 terrorçu yaxalanıb.

 

Məlum olub ki, “Sepah”a bağlı terrorçular, Bəhreynin milli təhlükəsizliyinə qarşı çıxaraq,  ölkənin bir sıra yüksək rütbəli rəsmilərinə və cəmiyyətin bəzi tanınmış şəxsiyyətlərinə qarşı sui-qəsd planı hazırlayaraq ölkənin neft təsisatlarında, eləcə də dövlət qurumlarında təxribat törətməyi planlaşdırıbmış.

 

Lakin, təxribatçıların planı baş tutmayıb və bütün bu terror aktlarının qarşı təhlükəsizlik qüvvələrimizin həyata keçirdiyi qabaqlayıcı tədbirləri nəticəsində qarşısı alınıb. Hesab edirik ki, ölkədə hər hansı bir dini radikalizmin və ya ekstremist dini sektaçılığın qarşısını almaq, bizim milli borcumuzdur. Biz, terrorçuların ölkə vətəndaşlarının asayişini pozmasına, Bəhreynin milli təhlükəsizliyinə qarşı çıxmasına heç vaxt imkan verməyəcəyik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar